Kiçik Akademiya

“Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi “ mövzusunda seminarMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının rəhbəri Nəzamət Rəsulovanın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130-cu ildönümününə həsr olunan “Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi “ mövzusunda seminar keçirilib. Nəzamət müəllim çıxış edərək Əhməd Cavadı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri kimi xarakterizə edib. Bildirilib ki, Əhməd Cavad kimi ədiblərimiz hər zaman minnətdarlıqla xatırlanacaq. Daha sonra şagirdlərin istiqlal şairi Əhməd Cavadın həyatı, yaradıcılığı və fəaliyyəti, ana dilinə, üçrəngli bayrağa, milli orduya, milli ruha aid məruzələri, çıxışları dinlənilib və şeirlər səsləndirilib.

Ətraflı

"Şuşa ili"nə həsr olunmuş seminarQarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Məktəbin "Kiçik Akademiya"sının “Şuşa İli” ilə bağlı tədbirlər planına müvafiq olaraq məktəbdə "Kiçik Akademiya" üzvləri arasında seminar keçirilib. Seminarda məktəb rəhbərliyi, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər. Şagirdlərin araşdırma nəticəsində hazırladıqları məruzələr dinlənildi, videoçarxlar izlənilib.

Ətraflı

"Təbiəti qoruyanlar" layihəsiBakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzləriinin iştirakı ilə biologiya müəllimi Hüsniyə Abbasovanın rəhbərliyi altında seminar keçirilib. Seminarda məktəb rəhbərliyi, "Kiçik Akademiya"nın prezidenti, müəllimlər və şagirdlər iştirak ediblər. Seminarı giriş sözü ilə Hüsniyə Abbasova açaraq şagirdlərə parklarda, dekorativ bağlarda ətraf mühitə, ağaclara, güllərə zərar vurmadan, ərazini çirkləndirmədən istirahət etmək, əylənmək və vaxt keçirməyin etik qaydalarını izah edib, onları təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər barədə maarifləndirib. Daha sonra  şagirdlərin təqdimatında araşdırma aparıb hazırladıqları məruzələr dinlənilib, mövzuya aid videolar və şagirdlərin hazırladıqları slaydlar nümaiş etdirilib. Sonda layihə iştirakçılarına "Kiçik Akademiya" prezidentinin təqdimatında təşəkkürnamələr təqdim edilib. Qeyd edək ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

Ətraflı

"4 gündən 44 günə" adlı dəyirmi masaMəktəbin fəaliyyət planına uyğun olaraq tarix müəllimi Aysel Əhmədovanın  təşkilatçılığı, 4 “Ə”, 6 “D” və 8 “Ə” sinif şagitdlərinin iştirakı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunan “4 gündən 44 günə” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Rəhimə Hüseynova, Yeganə Sadiqova, fənn müəllimləri və şagirdlər iştirak ediblər. Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də  aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib. Qeyd edilib ki, Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük qayıdış" prosesinə start verilməsi olub. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Bunun nəticəsində xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 gün ərzində azad edərək şanlı qələbəmizin qazanılmasına nail olub. Tədbirdə Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx da nümayiş etdirilib. Tədbir Azərbaycan dövlətinin və Ordusunun gücünü düşmənə göstərərək böyük zəfərin başlanğıcı kimi tarixə düşmüş Aprel döyüşləri qəhrəmanlarını xatırlamaq, gənclərin tarixi zəfərin başlanğıcı kimi yaddaşlarımızdan silinməyəcək önəmli hərbi tariximizi gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədilə həyata keçirilib.

Ətraflı

31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa”Məktəbin tarix müəllimi Təranə Məmmədovanın təqdimatında  7 “Ç” sinfində  31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 1918-ci ildə ermənilər tərəfindən törədilmiş müsəlman qırğınlarının mahiyyəti, miqyası və nəticələrindən bəhs edən “Yalan haqqında həqiqət” sənədli filmi nümayiş olunub. “Dəyirmi masa”da Təranə müəllim erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də, eləcə də digər dövrlərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. Təranə müəllim qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. O, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə siyasi-hüquqi qiymət verildiyini söyləyib. Daha sonra şagirdlərin məruzələri dinlənilib. “Dəyirmi masa”da Nizami müəllim və digər çıxış edənlər ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıblar, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.

Ətraflı

Novruz bayramına həsr olunmuş tədbirNovruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır. Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliminə həsr olunur. 15 mart 2022-ci il tarixində ibtidai sinif müəllimi Sevil Rəfiyevanın rəhbərliyi ilə 2 “B” sinfində sinifdaxili Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə də iştirak edib. Baharın gəlişini həvəslə gözləyən şagirdlər bayram əhval-ruhiyyəsini özlərində əks etdirdilər. Novruza aid şeirlər, cərşənbələr haqqında melumatlar verildi, Novruz adətlərini səhnələsdirərək canlandlran şagirdlər milli rəqs ve mahni ifası ilə tədbirə rəngarənglik qatdılar.

Ətraflı

Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş dərslərMartın 1-də məktəbdə Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş dərslər keçirildi. Dərslərdə məktəbin direktor müavini Zahidə Əhmədova və hərbi rəhbər İmran Yolçuyev də iştirak etdilər. Dərslərin keçirilməsində əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Şagirdlərə mülki müdafiə gününə həsr olunmuş dərslərdə zəlzələlər, torpaq sürüşmələri, qaz partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda qısa məlumat verildi. Sözügedən hadisələr zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən istifadə etməyin zəruriliyini diqqətə çatdırıldı. Tibbi yardım göstərilməsi, yanğın zamanı yanğınsöndürmə manqasının üzvlərinin yanğının söndürülməsi, əleyhqaz və sairə vasitələrdən istifadə olunması qaydalarını əks etdirən video və slaydlar göstərildi.

Ətraflı

"Azərbaycanın qan yaddaşı-Xocalı qətliyamı" adlı tədbir25 fevral 2022-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı, Mehriban Yusifovanın köməkliyi və 8 "B" sinif şagirdlərinin iştirakı ilə foyyedə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Azərbaycanın qan yaddaşı-Xocalı qətliyamı” adlı  tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Mehriban müəllim tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirilib.

Ətraflı

Dəyirmi masaMəktəbin tarix müəllimi Gözəl Məmmədovanın təşkilatçılığı ilə 6 “D” sinfində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şagidlər iştirak ediblər. İlk əvvəl Azərbaycanın dövlət himni səsləndirilib. Dəyirmi masada Xocalı faciəsi haqqında, ermənilərin törətdiyi vəhşiliklərdən danışılıb.  Gözəl müəllim çıxışında Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçılara çatdırıb. Şagirdlər Xocalı şəhəri haqqında ətraflı məlumat veriblər, şeirlər söyləyiblər. Daha sonra Nizami müəllim, Nazim müəllim, Səyalə müəllim də Xocalı Soyqırımı haqqında ürək ağrısı ilə danışıblar, şəhidlərə rəhmət, ailələrinə səbr arzulayıblar.

Ətraflı

"Ana dilim, şirin dilim" adlı tədbir Məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın rəhbərliyi ilə 2 “Ç” sinfində 21 fevral-Beynəlxalq Ana Dili Günü münasibəti ilə "Ana dilim, şirin dilim" adlı sinifdaxili tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Tədbir çərçivəsində Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verilib, məktəblilərin ifasında Ana dilimizə həsr olunmuş şeir və mahnılar səslənib. Qətibə müəllim şagirdlərə  öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıb. Qeyd edib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Ətraflı

“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbirFevralın 21-də məktəbin İbtidai sinif müəllimi Sevil Rəfiyevanın rəhbərliyi və 2 “B” sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq  Ana Dili Gününə həsr olunmuş “Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib. Tədbirdə Nəzamət Rəsulova və İlhamə Qələndərova da iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Sevil müəllim öz çıxışı zamanı Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib və Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin  xidmətlərini xüsusilə vurğulayıb. Daha sonra şagirdlərin ifasında ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söylənilib, video nümayiş etdirilib. Tədbirin keçirilməsində əsas məqsəd  Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Ətraflı

20 Yanvar faciəsinə həsr olunan “dəyirmi masa”Məktəbdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrundan canlarından keçmiş qəhrəman Vətən övladlarının və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlayıb. Məktəbin direktoru Nizami Qasımzadə tədbiri giriş sözü ilə açaraq 20 yanvar hadisələrinin  azərbaycanlılar yaşayan hər yerdə yüksək səviyyədə anıldığını qeyd edib və bu tədbirlərin gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi baxımından zəruriliyini vurğulayıb. Digər çıxış edənlər Azərbaycan xalqının milli oyanış hərəkatının yeni mərhələsi və müstəqilliyin bərpası uğrunda mübarizədə 20 yanvar hadisələrinin yeri, mahiyyəti, səbəbləri kimi müxtəlif məqamlara toxunublar. Tədbir daha sonra şagirdlər tərəfindən hazırlanan bədii hissə ilə davam etdirilib.

Ətraflı

“Kiçik Akademiya”nın ədəbiyyat fənni üzrə keçirilən seminarıMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş seminarı keçirilib. Seminarda məktəb rəhbərliyi və fənn müəllimləri iştirak ediblər. Şagirdlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında apardıqları araşdırmalarını mühazirə şəklində təqdim ediblər. Daha sonra Nizami Gəncəvinin rübailəri, müdrik sözləri şagirdlər tərəfindən səsləndirilib. Nizami Gəncəvinin məşhur əsərlərindən şeir parçaları səsləndirilib və səhnəciklər göstərilib. Sonda məktəbin müəllimləri Nəzamət Rəsulova, Elnurə Nuhbalayeva, İlhamə Qələndərova və şagirdlər “Kiçik Akademiya”nın prezidenti Zahidə Əhmədova tərəfindən diplomla təltif olunublar.

Ətraflı

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbirDekabrın 29-da məktəbin musiqi müəllimi Mehriban Musayevanın  təşkilatçılığı və şagirdlərin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni ilə həsr olunmuş ilin yekununa dair tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova, Mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları, Zəngilan rayon musiqi məktəbinin rəhbərliyi və əməkdaşları, müəllimlər, valideyinlər və şagirdlər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının dövlət himninin şagirdlərin ifası ilə başlayıb. V-XI sinif şagirdlərinin hazırladıqları maraqlı səhnələr, ifa etdikləri rəqslər, şən mahnılar tədbirin rəngarəngliyini daha da artırıb. Sonda məktəbin direktoru N. Qasımzadə çıxış edərək bu bayramın dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən təntənəli və yüksək səviyyədə qeyd olunduğunu söyləyib. bildirib ki, qədim tarixə malik olan Azərbaycan türkləri milli ənənələrə, mədəniyyətə, tarixi köklərə bağlı, uzun illərdən bəri qoruyub saxlamış olduğu bu bayramı ən xoş amallar və duyğularla keçirir. Bu bayramın ildən-ilə daha geniş vüsət alaraq, ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, inkişaf hissləri bəsləyən hər bir soydaşımız tərəfindən keçirildiyini qeyd edib. Nizami müəllim tədbir iştirakçılarını, xalqımızı milli mənlik və milli-mənəvi dəyərlər vasitəsilə birləşməyə yönəldən 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı münasibətilə təbrik edib, tədbirin təşkilinə və keçirilməsinə görə Mehriban müəllimə təşəkkürünü bildirib.

Ətraflı

“Əfsanəvi 13 döyüşçü” adlı açıq dərsMəktəbin tarix müəllimi Aysel Əhmədovanın təqdimatında 8 “Ç” sinfində “Əfsanəvi 13 döyüşçü” adlı açıq dərs keçirildi. Açıq dərsdə məktəbin direktoru Nizami Qasımzadə, 8 “Ç” sinfinə adı verilən şəhid Həmid Abbasbəylinin anası, müəllimlərdən Nazim Heydərov, Elnurə Nuhbalayeva, Gözəl Məmmədova, Təranə Məmmədova, Səyalə Şirvanova da iştirak ediblər. İlk öncə 44 günlük haqq savaşında Vətəni canından daha üstün tutan igidlərdən olan XTQ əfsanə taborun 13 döyüşçüsu haqqında videoçarx nümayiş olundu və maraqla izlənilib. 44 gün davam edən Vətən müharibəsi xalqımıza otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Şanlı Zəfər qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazılmağı haqqında şagirdlərə məlumat verilib. Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salınıb. Dərs şagirdlər tərəfindən tam şəkildə mənimsənilib. Sonda “aşıq dərs” təhlil olunub. Fənn müəllimləri dərs barədə müsbət fikirlərini deməklə bərabər, tövsiyələrini də  bildiriblər.

Ətraflı

Şəhid Tural Şıxızadənin anım günüMəktəbin kimya müəllimi Təranə Soltanovanın təqdimatında rəhbəri olduğu 9 “Ç” sinif şagirdlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Tural Şıxızadənin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, şəhidin anası Könül Şəxıyeva və xalası iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Təranə müəllim bildirdi ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Təranə müəllim vurğuladı ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır. Daha sonra şagirdlər Tural Şıxızadı haqqında informasiya veriblər, şəhidlərə aid şeirlər səsləndiriblər. Qeyd edək ki, Tural Şıxızadə 2002-ci il mayın 30-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub.Tural Şıxızadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tural Şıxızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Şıxızadə oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Sonda şəhid Tural Şıxızadənin anası Könül xanım çıxış edərək məktəb rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olanlara ailəsi adından öz təşəkkürünü bildirib. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!

Ətraflı

Şəhid Muxtar Qasımlının əziz xatirəsinə həsr olunan tədbirMəktəbin tarix müıllimi Aysel Əhmədovanın təşkilatçılığı, Günay Mustafayevanın köməkliyi və 7 “B” sinif şagirdlərinin iştirakı ilə Azerbaycan Çempionu şəhid Muxtar Qasımlının əziz xatirəsinə və Zəfər Gününə həsr olunan tədbir keçirilib. Yığıncaqda məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şəhidin ailə üzvləri, qazi və döyüşçülər iştirak ediblər. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər Muxtar Qasımlı haqqında məlumatlar veriblər, şeirlər səsləndiriblər, şəhid haqqında videoçarx nümaiş olunub. Sonda ikinci Qarabağ müharibəsində əldə olunan qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini Vətən müharibəsi ilə bağlı keçirilən tədbirlərin təqdirə layiq olduğunu deyən Nizami müəllim görüşdə iştirak edən şəhid ailəsinə, qazi və əsgərlərimizə təşəkkürünü bildirib.

Ətraflı

Zəfər Gününə həsr olunan dəyirmi masaOtuz ilə yaxın bir müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupu həll edə bilmədi. Dünya birliyi təcavüzkarı işğal etdiyi ərazilərdən çıxmağa vadar edə bilmədi. Bu münaqişəni Azərbaycan Ordusu döyüşlə həll etdi. Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Xalq ordusuna inanırdı... Xalq sərkərdəsinə güvənirdi... Xalq inanırdı ki, dünyanın ən güclü orduları sırasında olan ordumuz Ali Baş Komandanın döyüş əmriylə işğalı sonlandıracaq. Məktəbin ingilis dili müıllimi Günay Abdullayevanın təşkilatçılığı və 8 “C” sinif şagirdləri ilə XTQ -nin əsgəri Raul Piriyevin əziz xatirəsinə və Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib. Yığıncaqda məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər ingilis dilində Raul Piriyev haqqında məlumatlar veriblər, şeirlər səsləndiriblər, şəhid haqqında videoçarx nümaiş olunub. Sonda Nizami müəllim və şəhidin anası Nəcibə Piriyeva çıxış ediblər.

Ətraflı

“Kitab sehrli bir dünyadır” adlı layihəKitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. F.Bekon Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir, doğmasıdır. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun kitabıdır. Məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşəbbüsü ilə “Hərəyə bir kitab” adlı  layihə həyata keçirib. Layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaqdır. Bu aksiyaya qoşulmaqla gənclərimiz seçilmiş kitabları mütaliə edəcək və kitabları bitirdikdən sonra oxuduqlarını geniş auditoriyaya təqdim edəcəklər.

Ətraflı

Şəhid Surxay Noçuyevin əziz xatirəsinə həsr olunan tədbir5 noyabr 2021-ci il tarixində məktəbin akt zalında ibtidai sinif müəllimi Rəhilə Aslanovanın təşkilatçılığı və 1 “E” sinif şagirdlərinin iştirakı ilə şəhid Tabor Komandiri, kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Qeyd edək ki, sinif şəhid Surxay Noçuyevin adını daşıyır. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yasımın Bağırova, Yeganə Sadiqova, müəllimlər, valideyinlər və şagirdlər iştirak edib. Qonaq qismində Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası da tədbirdə iştirak edib. İlk olaraq tədbir iştirakçıları şəhidin şəkli önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın Dövlət himni səsləndirilib. Rəhilə müəllim çıxış edərək şəhid Surxay Noçuyev haqqında məlumat verib və özünün yazdığı şeiri səsləndirib. Daha sonra söz şagirdlərə verilib. Şəhid haqqında hazırlanan video çarx nümaiş etdirilib. Musiqi müəllimi Mehriban Musayevanın bəstəsi olan “Şəhid qəhrəman” adlı marş məktəbin şagirdi Emin Əhmədov tərəfindən ifa olunub. Məktəbin direktoru Nizami müəllim, direktor müavinləri Yasəmən və Yeganə müəllim çixiş edərək qeyd ediblər ki,  Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Surxay kimi qəhrəman oğulların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq və böyük ehtiramla anılacaq. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Şəhidin atası Əbdül bəy Surxayla bağlı xatirələrini bölüşüb, onun uşaqlıqdan Vətənə olan sonsuz sevgisindən danışıb və ən böyük arzularından birinin Şuşanın azadlığını görmək olduğunu qeyd edibdir.

Ətraflı

"Ayrılmadı könül candan" adlı tədbirMəktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan "Ayrılmadı könül candan!" adlı  tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər, şəhid ailələri, qazi və məktəbin məzunları olmuş cəsur döyüşçülər iştirak ediblər. İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, həmçinin Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yığıncağı Mehriban müəllim açaraq 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.  Mehriban müəllim çıxış edərək bildirib ki, Prezident Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan ordusu 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşistlərinin tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi.  Xalqımız millətimiz dəmir yumruq kimi birləşərək Prezidentimizə, ordumuza dəstək oldu. Azərbaycan xalqının gücü qüdrəti bütün dünyaya bəyan olundu. Ən əsası alnımızdan məğlub xalq ləkəsi silindi, qürurumuz iftixarımız bərpa edildi. İndi işğaldan azad olunmuş ərazilərimizdə sürətlə yenidənqurma bərpa işləri aparılr. Cənab Prezidentin bəyan etdiyi kimi işğaldan azad etdiyimiz ərazilər tez bir zamanda cənnətə çevriləcək, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq. Daha sonra şagirdlər çıxış ediblər. Vətənə aid şeirlər, mahnılar səsləndirilib, kompozisiyalar göstərilib. Sonda məktəbin direktoru Nizami müəllim çıxış edərək, qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günündən danışıb. O, xalqımızın birliyi, bərabərliyi sayəsində işğala məruz qalmış ərazilərdə milli-mənəvi dəyərlərimizin dirçəldiyini, məhv edilən mədəniyyət abidələrinin yenidən bərpa olunduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda mübarizəsinin ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. O, Azərbaycan ordusunun zəfər yürüşündən, Qarabağın xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsindən danışıb. 

Ətraflı

Cəsur döyüşçülərlə görüşMəktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın rəhbərliy ilə  2 “Ç” sinfində 8 noyabr-Zəfər Günü ilə əlaqədar olaraq “Zəfər çalan cəsur döyüşçülər!” adlı görüş keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Yasəmən Bağırova, Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə həmçinin qonaq qismində 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan qazi və cəsur döyüşçülər iştirak etdilər. Tədbiri Qətibə müəllim açaraq qonaqları salamladı və Azərbaycanın dövlət himni səsləndirildi. Qətibə müəllim Zəfər Günü haqqında məlumat verdi. Sonra söz şagirdlərə verildi. Vətənə aid şeirlər və mahnılar səsləndirildi, kompozisiyalar göstərildi. 44 günlük Vətən müharibəsi zamanı cəsur döyüşçü adını almış Ceyhun Mirzəyevə həsr olunan videoçarx nümaiş etdirildi. Daha sonra məktəbin direktoru Nizami müəllim çıxış edərək qonaqları salamladı, onların qismində bu Zəfər Gününü bizə yaşatdıran əsgərlərimizə təşəkkürünü bildirdi. Qonaqlar çıxış etdilər və şagirdlərin suallarını cavablandırdılar.

Ətraflı

"Tarix yazan döyüşçülər!" adlı tədbirMəktəbin ibtidai sinif müəllimi Sevil Rəfiyevanın rəhbərliy ilə 2 “B” sinfində 8 noyabr-Zəfər Günü ilə əlaqədar olaraq “Tarix yazan döyüşçülər!” adlı sinifdaxili tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Yasəmən Bağırova, Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə həmçinin qonaq qismində 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan qazi və cəsur döyüşçülər iştirak etdilər. Tədbiri Sevil müəllim açaraq qonaqları salamladı və Azərbaycanın dövlət himni səsləndirildi. Sonra söz şagirdlərə verildi. Vətənə aid şeirlər və mahnılar səsləndirildi. 44 günlük Vətən müharibəsi haqqında, qazi və cəsur döyüşçülərə həsr olunan videoçarx nümaiş etdirildi. Daha sonra məktəbin direktoru Nizami müəllim çıxış edərək qonaqları salamladı, onların qismində bu Zəfər Gününü bizə yaşatdıran əsgərlərimizə təşəkkürünü bildirdi. Qonaqlar çıxış etdilər və şagirdlərin suallarını cavablandırdılar.

Ətraflı

Şəhid Əliyev Azər Elnur oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiriMəktəbin informatika müəllimi Leyli Ələkbərovanın rəhbərliyi ilə 7 “D” sinfində şəhid Əliyev Azər Elnur oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə və müəllimlər iştirak etdilər. İlk öncə Azərbaycanın dövlət himni səsləndirildi. Daha sonra şagirdlərin ifasında vətənə və səhidlərə həsr olunmuş şeirlər səsıəndirildi. Qeyd edək ki, 7 “D” sinfi şəhid Əliyev Azər Elnur oğlu adını daşıyır. Sonda Məktəbin direktoru Nizami müəllim çıxış edərək tədbiri təşkil edib keçirtdiyi üçün Leyli müəllimə, şagirdlərə təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkildi.

Ətraflı

“Ekoloji tarazlıgın qorunması və bərpası” movzusunda layihəAzərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ekoloji probləmlərin həlli barədə demişdir: "Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal probləmlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür". Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Qlobal ekoloji problemlərin aradan qaldırılmasına və təbiətin qorunmasına insanların diqqətini cəlb etmək məqsədilə 29 okyabrda məktəbin rus bölməsinin biologiya müəllimi Nəsibə Zülfüqarova 8 “A” sinif şagirdlərilə “Ekoloji tarazlıgın qorunması və bərpası” movzusunda lalihə həyata keçirib. Şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olunub və dinlənilib

Ətraflı

"Zəfər günü" adlı tədbirŞuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - “Zəfər Günü”nün qeyd edilməsi münasibətilə 5 “B” sinfi Aybəniz Babaşovanın təqdimatında tədbir keçirib. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib, daha sonra Aybəniz müəllim çıxış edib və qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Sonra şagirdlərin ifasında seirlər, mahnılar səsləndirilib, səhnəciklər göstərilib. Məktəbin direktoru Nizami müəllim çıxış edərək əməyi keçən tədbir iştirakçılarına təşəkkürünü bildirib və xatirə şəkilləri çəkilib.

Ətraflı

Anım tədbiri28 oktyabr 2021-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Əliyevanın təşkilatçılığı, tarix müəllimi Təranə Məmmədovanın köməkliyi ilə 6 “B” sinfində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhid olan leytenant Vəli Quliyevə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, müəllimlər, şagirdlər və şəhidin ailə üzvləri də iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Sonra şagirdlərin təqdimatında şəhid haqqında məlumat dinlənilib, şeirlər səsləndirilib və videoçarx nümayiş olunub. Sonda Nizami müəllim çıxış edərək adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.

Ətraflı

Piriyev Raul Zabid oğlunun ailəsi ilə görüş26 oktyabr 2021-ci il tarixində məktəbin tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı və 8 “C” sinif şagirdlərinin iştirakı ilə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Piriyev Raul Zabid oğlunun ailəsi ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Nizami Qasımzadə, tərbiyə işləri üzrə direktor müavini Yeganə Sadiqova, müəllimlər, şagirdlər və şəhidin ailə üzvləri də iştirak ediblər. İlk öncə Azərbaycanın dövlət himni səssləndirilib. Sonra şagirdlərin çıxışları dinlənilib. Şəhid Raul Piriyevə həsr olunmuş videoçarx nümayiş olunub. Qeyd edək ki, Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulan R.Piriyev Murovdağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Daha sonra Yeganə müəllim, Gözəl müəllim, Nurlana və Aysel müəllimə də çıxış ediblər. Şəhid Raul Piriyev haqqında fikirlərini bildiriblər. 8 “C” sinfi adından şəhid Raul Piriyevin ailəsinə “Xarı bülbül” sertifikatı təqdim edilib. Sonda Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Raul Piriyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Nizami Qasımzadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Şəhid Raul Piriyev ürəklərdə yaşayacaq... Allah rəhmət eləsin!

Ətraflı

Şəhidlər ölməz, Vətən bölünməz!Məktəbin ibtidai sinif müəllimi Rəhilə Aslanova rəhbəri olduğu 1 “E” sinif şagirdləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin və XTQ-nin şəhid baş leytenantı Həmid Abbaslının evinin önündə yaradılan xatirə abidəsini ziyarət ediblər. Şəhidlərin əziz xatirəsinə şeirlər səsləndirilib və xatirə abidələrinin önünə güllər düzülüb.

Ətraflı

“Öncə Vətən” adlı layihə ilə bağlı görüşMəktəbin akt zalında Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşları Səriyyə Cəfərova və Leyla Əlizadənin iştirakı ilə “Öncə Vətən” adlı layihəsi ilə bağlı görüş keçirilib. Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Layihə rəhbəri Leyla xanım Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və layihənin əsas məqsədi haqqında danışıb. Vətən üçün kiçik də olsa addım atmağın hər bir Azərbaycanlının borcu olunduğunu bildirib. Daha sonra görüş diskussiya və marifləndirmə formasında davam etdirilib. Məktəblilərə bu gün özləri üçün atacaqları hər bir düzgün addımda dövlətin onlara dəstək olacağı bildirilib. Gələcəklərini Vətənə və millətə faydalı şəkildə qurmaları söylənilib. Məktəbin tarix müəllim Gözəl Məmmədova və 9 “E” sinif şagirdi Günel Əzimova da çıxış ediblər. Görüşün məqsədi vətənpərvərlik hissinin aşılanması, Azərbaycançılığın təbliğidir. Sonda uşaqların sualları cavablandırılıb.

Ətraflı

“Şəhidlər ölməz” adlı anım tədbiriMəktəbin tarix müəllimi Aysel Əhmədova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnurə Nuhbalayevanın təşkilatçılğı ilə 8 “Ç” sinfində şəhid baş leytenent Həmid Abbasbəylinin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, müəllimlər və şəhidin anası iştirak etmişlər. Tədbirdə şagirdlər şəhidin keçdiyi döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlar haqqında iştirakçılara geniş məlumat vermişlər. Şəhidin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliyi təcəssüm etdirən videoçarx nümayiş etdirilmişdir. Məktəbin direktoru Nizami müəllim çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır. Bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belədə olacaqdır. Tədbirin sonunda 8 “Ç” sinfinə şəhid baş leytenant Həmid Abbasbəylinin adını verildiyi bildirilmişdir, müəllim və şagird kollektivi şəhidin yaşadığı ünvanın önündə yaradılmış xatirə abidəsinin önünə ziyarətə getmişdilər.

Ətraflı

“Şəhidlər ölməz, Vətən bölünməz!” adlı layihəVətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.                                 Şəhidlik Vətən sevgisindən doğur... Şəhidlər ölmür... Şəhidlərin igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanələşir, zaman-zaman yaşadılır, anılır... Şəhidlərin canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır. 27 sentyabr 2021-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı, müəllim və şagirdlərin iştirakı ilə anım günü ilə əlaqədar olaraq “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı layihə həyata keçirildi.  Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi. Emin Əhmədovun ifasında ilk dəfə olaraq sözləri Əbdül Noçuyevə, musiqisi məktəbin musiqi müəllimi Mehriban Mysayevaya aid olan  “Qartal döyüşü” adlı marşı səsləndirildi. Məktəbin məzunları olmuş, 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş qazi əsgərlərimiz qonaq qismində çıxış etdilər. Sonra məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək qeyd etdi ki, bu gün anım mərasiminə toplaşmışıq. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev "Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!" vətənpərvərlik tərbiyəsi hər bir zaman üçün vacib amildir. Belə tədbirlər gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıyır. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Etibar kimi, Murad kimi, İlqar kimi, Mübariz kimi..." Sonda müəllim və şagirdlər bir neçə istiqamətdə şəhidlərin yaşadığı binanın önündə yaradılmış xatirə abidələrinin önünə gül dəstələrinin qoyulması və şəhidlərin anılması üçün yürüş etdilər.

Ətraflı

Anım Günü ilə bağlı tədbir27 sentyabrda məktəbin ibtidai sinif şagirdlərinin anım gününə həsr olunmuş tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. İlk öncə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Emin Əhmədovun ifasında sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi məktəbin musiqi müəllimi Mehribam Musayevaya aid olan “Qarabağ yaşa!” adlı marş səsləndirildi, şəhidlərə və vətənə həsr olunmuş şeirlər söylənildi. Şagirdləri salamlayan Nizami müəllim bildirdi ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq.

Ətraflı

Fəxri Xiyabana ziyarət26 sentyabrda məktəbin müəllim kollektivinin və şagirdlərin İkinci Fəxri Xiyabana ziyarəti təşkil olundu. Ziyarətdə şagirdlər Vətənin müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış əsgərlərə həsr olunmuş şeirlər söylədilər, vətənpərvər şüarlar səsləndirdilər və xatirə səkilləri çəkdirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ətraflı

Murad Məmmədovun anım günü ilə əlaqədar tədbir25 sentyabr 2021-ci il tarixində Nizami rayon Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 272 nömrəli tam orta məktəbin məzunu olmuş şəhid Murad Məmmədovun yaşadığı binanın önündə şəhidin anım tədbiri keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, Nizami rayon icra hakimiyyətinin nümayəndəsi, hərbi birliyin komandanlığı, müharibə veteranları, şəhidin ailə üzvləri, məzun olduğu məktəbin müəllim və şagird kollektivi, sinif, iş və əsgər yoldaşları iştirak etdilər.    Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Çıxışlardan sonra Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması naminə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında igidlik göstərmiş Murad Məmmədovun xatirəsinə həsr olunmuş abidənin açılışı oldu. Abidənin qarşısına əklillər və gül dəstələri düzüldü. Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin hazırladıqları şeir parçaları səsləndirildi. “Şəhidlər ölməz, Vətən bölünməz”. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Ətraflı

“Kiçik Akademiya”nın konfransı23 iyun rayonlar üzrə “Kiçik Akademiya”nın 2021-ci il 2-ci yarımilini əhatə edən konfrans keçirildi. Rayon üzrə məktəblərin şagirdlərinin nümunə təqdimatları nümayiş olundu. Şagirdlər yarımil ərzində etdikləri tədqiqat, araşdırma işləri ilə çıxış etdilər. Məktəbin 8 «D» sinif şagirdi Fatimə Babaliyeva da konfransda iştirak etdi, «Rənglər» mövzusunda hazırladığı təqdimatı hər kəsin diqqətini cəlb etdi.

Ətraflı

Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Hikmət dənizinə doğan günəş” adlı onlayn tədbirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilib. Məktəbin təsdiq olunmuş tədbirlər planına əsasən ibtidai sinif müəllimi Qətibə Süleymanovanın təşkilatçılığı və 1 “Ç” sinif şagirdlərinin iştitakı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş Microsoft Teams proqramı vasitəsilə ”Hikmət dənizinə doğan günəş” adlı onlayn ədəbi-bədii tədbir təşkil edilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yasəmən Bağırova, müəllimlər, valideyinlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Qətibə müəllim açaraq tədbir iştirakçılarını salamlayıb, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissəsidir. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. İlk öncə Azərbaycan dövlət himni səsləndirilib və daha sonra çıxış üçün söz birincilərə verilib. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar, dahi mütəfəkkirin kəlamlarını səsləndirib, əsərlərindən səhnəcik göstərib, şeirlər və rəqslər edib tədbir iştirakçılarına təqdim olunub. Şagirdlərin çıxışlardan sonra söz məktəbin rəhbərliyinə verilib. Nizami müəllim və Yasəmən müəllim çıxış edərək bildiriblər ki, dünya ədəbiyyatinin görkəmli nümayəndəsi, dahi şairi - Nizami Gəncəvi hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımız kimi, məktəbin pedaqoji heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Bildirmişdilər ki, əsasən XII əsrdə yaşayıb-yaratmış böyük Nizami nəinki özündən sonrakı sələfləri üçün zəngin ədəbi irs, həmçinin elmin müxtəlif sahələrini əhatə edən külli miqdarda tədqiqat materialı qoyub getmişdir. Sonda tədbirin təşkilində və keçirilməsində əməyi olan hər bir kəsə təşəkkürlərini bildirmişlər.

Ətraflı

"Azərbaycan Xalq Cümhuriyyəti" adlı onlayn tədbir27 may 2021-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı, Xəyalə Əliyevanın köməkliyi və 6 “C” sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyəti" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Mehriban müəllim vurğuladı ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. Azərbaycan Dövlət himni səsləndirildi və şagirdlərin ifasında şeirlər söylənildi, “Çirpınırdı Qara dəniz” mahnısı ifa olundu. Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə dair film nümayiş edildi. Emil Əhmədovun ifasında Bəxtiyar Vahabzadənin sözlərinə Mehriban müəllimin bəstələdiyi “Yaşa Azərbaycan!” mahnısı səsləndi. Sonra Nizami müəllim, Zahidə müəllim, Xəyalə müəllim çıxış edərək qeyd etdilər ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi. Demokratik respublika xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü kimi Azərbaycanın dünya birliyində layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməklə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa nail oldu. Azərbaycan dilinə dövlət dili statusu verildi, mədəniyyət və təhsil sahəsində mühüm addımlar atıldı. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlər idi. Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: ”Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə -XIX əsrin sonu XX əsrin əvvəllərində milli azadlıq və müstəqillik arzusu ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu”. Bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi nüfuzunu və iqtisadi qüdrətini daha da artırır. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti bu gün artıq öz istiqlaliyyətini qoruyub saxlayır, həm də onu daha da möhkəmləndirib və dünyanın ən önəmli ölkələrindən birinə çevirib. Tədbirin təşkilində və keçirilməsində əməyi olanlara təşəkkürlər bildirildi. Tədbir Azərbaycanın himninin dünya xalqlarının təmsilçilərinin səslənməsi ilə yekunlaşdı.

Ətraflı

“Şərq poyeziyasının "Xəmsə" zirvəsi” adlı tədbirMəktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hicran Nəsibovanın təşkilatçılığı və 7 “Ə” sinif şagirdlərinin iştiraki ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Şərq poyeziyasının "Xəmsə" zirvəsi” adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Tədbiri Hicran müəllimə açaraq bildirib ki, dahi şair ve mütəffəkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq 2021-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan edilib. Nizami Gəncəvi  haqqında qısaca məlumat verib. Qeyd edib ki, Nizami Gəncəvi Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan ölməz sənətkardır. Böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami öz əsərləri ilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmış, bədii yaradıcılığa əsirlər boyu məhəbbətlə özlənilən bu gündə həyati əhəmiyyətini itirməyən ənənələr gətirmişdir. Tədbirdə şagirdlər tərəfinfən Azərbaycan ədəbiyyatının dahi söz ustası Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verilib, kəlamları səsləndirilib, əsərlərindən parçalar söylənilib, video nümayiş olunub. Sonda məktəbin direktoru Nizami müəllim çıxış edib. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Dahi şairimizin parlaq irsinin təkcə Şərq mədəniyyətində deyil, bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb. Onun əsərlərində həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimizə işarələr var. Tədbiri hazırladıqları üçün Hicran müəllimə və şagirdlərə öz təşəkkürünü bildirib.

Ətraflı

“Heydər babanın nəvələriyik!” adlı dəyirmi masa9 may 2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın təqdimatında 1 “Ç” sinif şagirdlərinin iştirakı ilə  Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə “Heydər babanın nəvələriyik!” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada məktəbin müəllimləri İlhamə Qələndərova və Nəzamət Rəsulova də iştirak etmişdir. Dəyirmi masanı giriş sözü ilə Qətibə müəllim açdı. Sonra Azərbaycan dövlət himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin həyatı, iqtisadi siyasəti, ordu quruculuğu, daxili siyasəti və gənclər siyasəti haqqında ətraflı məlumat verdi. Daha sonra söz şagirdlərə verildi, unudulmaz lider haqqında şeirlər və mahnılar səsləndirildi, videoçarx nümayiş olundu. İlhamə müəllim çıxış edərək  bildirdi ki, belə tədbirlərin keçirilməsi şagirdlərin məlumatlanmasında və vətənpərvərlik hissinin möhkəmlənməsində önəmli rol oynayır. Qətibə müəllimə və şagirdlərə bu tədbiri hazırladıqları üçün  öz təşəkkürünü bildirdi.

Ətraflı

"Tarix yazan imza" adlı onlayn tədbir8 may 2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Sevil Rəfiyevanın təqdimatında 1 “B” sinif  şagirdlərilə birgə Ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunan "Tarix yazan imza!" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, director müavinləri Zahidə Əhmədova və Yeganə Sadiqova da iştirak etdilər. Tədbiri öz çıxışı ilə açan Sevil Rəfiyeva bildirdi ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində xalqa arxalanmış, ən çətin anlarında ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz xatirəsi Azərbaycan xalqının qəlbində ədəbi yaşayacaqdır. Daha sonra şagirdlərə  söz verildi, Ümummilli lider haqqında şeyirlər söylənildi, mahnı və videoçarxlar nümayiş olundu. Tədbirin sonunda Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək bildiriblər ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmışdır. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsi əsasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq ölkəmizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürmüşdür. Ümummilli lider Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir. Tədbiri hazırladıqları üçün Sevil müəllimə və şagirdlərə təşəkkürlərini bildirmişlər.

Ətraflı

"Ulu öndərin yolu ilə!" adlı tədbir7 may 2021-ci il tarixində məktəbin tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı, Elnurə Nuhbalayevanın köməkliyi və 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə  Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş  “Ulu öndərin yolu ilə!” adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, müəllimlər və şagirdlər iştirak etmişdir. Tədbiri Aysel müəllim açaraq Heydər Əliyev irsinin bütün sahələri əhatə etdiyini və onun öyrənilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlər Ulu öndərin həyatı və fəaliyyəti  haqqında məlumatlar verib, şeirlər söyləyiblər, şagirdlərin iştirakı ilə hazırlanan videoçarx nümayiş etdirilib. Nizami müəllim çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qorunub-saxlanılmasında onun misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimizin ilk illərində ölkəmizi yaranmış bütün bəlalardan xilas etdi. Nizami müəllim daha sonra bildirib ki, Ümummilli Liderin fəaliyyəti Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış bir Azərbaycan Dövlətinin yaranmasına gətirib çıxarıb. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarının təbliği istiqamətində apardığı uzaqgörən siyasəti bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Sonda Nizami müəllim tədbir iştirakçılarına təşəkkürünü bildirib. Təranə müəllim çıxış edərək dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan da söz açıb. Müasir Azərbaycanın bütün nailiyyətlərinin məhz Heydər Əliyev kimi milli dəyərlərə bağlı, fenomenal dövlət xadiminin adı ilə bağlı olduğunu qeyd edən Təranə müəllim Ulu Öndərin dövlətçilik təcrübəsinin və siyasi irsinin əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin bütün sahələrdə mühüm inkişafa nail olduğunu, beynəlxalq aləmdə böyük nüfuz qazandığını qeyd edib.

Ətraflı

“Şəhidlər ölməz, Vətən bölünməz!” adlı virtual tədbir24 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən məktəbin müəllimləri İlhamə Qələndərovanın, Nəzamət Rəsulovanın təşkilatçılığı, Elnurə Nuhbalayevanın köməkliyi və 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində şəhid olan məzunumuz Murad Məmmədovun əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı  virtual tədbir təşkil edilmişdir. Görüşdə qonaq qismində Vətən Müharibəsinin şəhidi Murad Məmmədovun anası Şərqiyyə xanım, qardaşı Vətən müharibəsi iştirakçısı Kamal, direktor Nizami Qasımzadə, direktor müavinləri Rəhimə Hüseynova, Yeganə Sadiqova, psixoloq Ruhiyyə Kərimova, pedaqoji kollektivdən Rəna Qaralova, Cəmilə Abışova, Sevil Rəfiyeva, Mehriban Musayeva, Muradın ibtidai sinif müəllimi Fidan Dadaşova da iştirak etmişdilər. İlhamə müəllim görüşü açaraq toplantı iştirakçılarını salamlamış, ilk öncə dövlət himni səsləndirilmiş, sonra şəhidlər 1 dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlər çıxış edərək şəhid haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Tədbir böyunca Murad haqqında müxtəlif videoçarxlar göstərilmişdir. Daha sonra Nizami müəllim, Fidan müəllim, Rəna müəllim, Cəmilə müəllim çıxış edərək şəhidin məktəb dövründəki xatirələrindən danışmışlar. Nizami müəllim pedaqoji şura iclasının qərarına əsasən Muradın sinif rəhbəri olmuş Rəna Qaralovanın indiki rəhbəri olduğu 5 “A” sinfinə şəhidin adının verilməsini bildirmişdir. AzTV-nin əməkdaşı əməkdar jurnalist Firuzə Nadirin şəhid anaları haqqında hazırladığı videosüjet nümayiş etdirilmişdir. Sonda şəhidin anası Şərqiyyə xanım çıxış edərək tədbiri hazırladıqları üçün məktəb rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirmişdir.

Ətraflı

Vətənin igid oğulları” adlı virtual toplantı 17 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən məktəbin tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı və 7 “Ə” sinif şagirdlərinin iştirakı ilə Artilleriya mütəxəssisi – şəhid polkovnik İlqar Mirzəyevə həsr edilən “Vətənin igid oğulları” adlı  virtual toplantı təşkil edilmişdir. Görüşdə qonaq qismində Vətən Müharibəsinin şəhidi polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, direktor Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova,  pedaqoji kollektivdən Nazim Heydərov, İlhamə Qələndərova, Nəzamət Rəsulova, 213 nömrəli məktəb-liseyin direktoru Səbinə Əliyeva, Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Mehriban Haqverdiyeva, Aygül Qurbanova da iştirak etmişdilər. Aysel müəllim görüşü açaraq toplantı iştirakçılarını salamlamış, şəhid haqqında görüş iştirakçılarına məlumat vermiş və daha sonra sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək şəhid haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Qonaq çıxış edərək atasının döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını ətraflı cavablandırmışdır. Daha sonra Nizami müəllim, Zahidə müəllim, Nazim müəllim, Səbinə müəllim, Elmira müəllim və Aygün xanım çıxış edərək şəhidin döyüşlərdə göstərdiyi qəhrəmanlığı haqqında danışmışlar, Elvin bəyə tədbirə qoşulduğu üçün öz təşəkkürlərini bildirmişdilər.

Ətraflı

"Xocalıya qayıdış!" adlı onlayn tədbirXocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar məktəbdə keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 26-da tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı, Azəbaycan dili və ədəbiyyatı müəllimi Elnurə Nuhbalayevanın köməkliyi və 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə "Xocalıya qayıdış!" adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova, Xocalı sakini Türkan Quliyeva, Aygül Qurbanova, müəllimlər və şagirdlər iştirak ediblər. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir. Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyan, 29 il keçməsinə baxmayaraq ağrı acısı ilə hələ də qəlbimizdə yaşayan Xocalı soyqırımını şagirdlərə bir daha çatdırmaqdır.  Tədbiri giriş sözü ilə başlayan tarix müəllimi Aysel Əhmədova Xocalıda törədilən soyqırımın acı nəticələrindən danışıb. Bildrib ki, Xocalıda törədilən bu qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizim aktıdır.  Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. 7-ci sinif şagirdləri soyqırım haqqında məlumatlar verib, şeir və bayatılar səsləndiriblər. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisiyada müharibənin dəhşətləri, ermənilər tərəfindən dinc sakinlərə qarşı edilən amansız vəhşiliklər, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar təsvir olunub. Tədbirdə qonaq qismində iştirak edən T.Quliyeva, A.Qurbanova, Y.Sadiqova çıxış edərək, ermənilər tərəfindən tarix boyu xalqımızın başına gətirilən müsibətləri qeyd ediblər, azərbaycanlıların öz əzəli torpaqlarından zorla köçürüldüyünü vurğulayıblar. Xocalı faciəsi zamanı çoxlu sayda  günahsız insanın şəhid olduğunu, əsir və itkin düşdüyünü bildiriblər. Bu gün dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bu qanlı faciəni rəsmi olaraq tanıyır. Xocalı faciəsi qurbanlarının əziz xatirəsinın xalqımız tərəfindən hər zaman uca tutulduğunu qeyd edərək, ölkə rəhbərliyinin şəhid ailələrinə, Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğını vurğulayıblar. Sonda məktəbin direktoru çıxış edərək diqqətə çatdırıb ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Nizami müəllim qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirməkdir. Xocalı bizə tarixi bir dərs verdi. Allah Xocalı şəhidlərinə rəhmət eləsi

Ətraflı

"Kiçik Akademiya" nın bir illik görülmüş işləri barədə hesabatıMəktəbdə rəhbərliyin və müəllimlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagird nailiyyətlərini artırmaqdan ibarətdir. Bu səbəbdən də məktəbdə mütəmadi olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın da əsas məqsədi sagirdlərin dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir. Virtual məktəb platforması üzərindən dekabrın 30-da "Kiçik Akademiya" nın bir illik görülmüş işləri barədə hesabatı keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini və eyni zamanda “Kiçik Akademiya”nın prezidenti Zahidə Əhmədova, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, biologiya, tarix fənləri üzrə metodbirləşmə sədrləri, elmi rəhbərlər iştirak etdilər. Şagirdlər seçdikləri mövzular üzrə hazırladıqları hesabat işlərini təqdim etdilər.

Ətraflı

Mayor Heydər Adıgözəlovla görüşAzərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan xalqinin tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən məktəbin kimya müəllimi Təranə Soltanovanın təşkilatçılığı və rəhbəri olduğu 8 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Vətənin igid oğulları” adlı virtual toplantı təşkil edilmişdir. Görüşdə qonaq qismində Vətən Müharibəsi qazisi mayor Heydər Adıgözəlov, direktor Nizami Qasımzadə, pedaqoji kollektivdən Mehriban Musayeva, İlhamə Qələndərova, Nəzamət Rəsulova da iştirak etmişdilər. Təranə müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, qonaq salamlamış, onun haqqında görüş iştirakçılarına məlumar vermiş və daha sonra sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Qonaq çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını ətraflı cavablandırmışdır. Daha sonra Nizami müəllim və Mehriban müəllim çıxış edərək qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu, mayor Adıgözəlov Heydər Sabir oğlu “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Bu münasibətilə qəhrəman zabitimizi təbrik edir, ona gələcək xidmətlərindı uğurlar arzulayırıq. Sonda Təranə müəllim və şagirdləri görüş iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik gününü təbrik etmişlər. Məktəbin musiqi müəllimi Mehriban Musayeva özünün yazdığı şeiri söyləmiş və görüş yekunlaşmışdır.

Ətraflı

Böyük Vətən müharibəsində Şanlı QələbəmizAzərbaycan Respublikasının Təhsil Nazirliyinin  "Azərbaycan  xalqinin  tarixi  qələbəsinin  tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən  məktəbin riyaziyyat müəllimi Nurlanə Abdullayevanın təşkilatçılığı, 7 “C” sinif şagirdlərinin iştirakı ilə "Böyük Vətən müharibəsində  Şanlı Qələbəmiz!" mövzusuna həsr olunmuş  virtual toplantı təşkil edilmişdir.  Görüşdə  qonaq qismində məktəbin məzunu olmuş, Vətən Müharibəsi qazisi  kapitan Asim  Quliyev, direktor Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, pedaqoji kollektivdən  Mehriban Musayeva, Nəzamət Rəsulova, İlhamə Qələndərova, Aysel Əhmədova, Hüsniyə Abbasova iştirak etmişdilər.  Nurlanə müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Görüş zamanı igid qazimiz kapitan Quliyev çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, 44 günlük müharibə haqqında məlumatlar vermiş, göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmişdir. Sonra şagirdlərin suallarını cavablandırmışdır. Qeyd edək ki, kapitan Quliyev Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Daha sonra Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək  qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər, onun qayğıları ilə maraqlanıb, tezliklə sağalması və öz təcrübəsini gələcək nəsillərə öyrətməsini arzulamışdılar. Görüş məktəbin musiqi müəllimi Mehriban Musayevanın bəstələdiyi marş ilə bitmişdir.

Ətraflı

Vətənin igid oğulları adlı virtual toplantıAzərbaycan Respublikasının Təhsil Nazirliyinin  "Azərbaycan  xalqinin  tarixi  qələbəsinin  tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən  məktəbin tarix müəllimi Gözəl Məmmədovanın təçkilatçılığı və rəhbəri olduğu  8 “E” sinif şagirdlərinin iştirakı ilə “Vətənin igid oğulları” adlı  virtual toplantı təşkil edilmişdir.  Görüşdə  qonaq qismində Vətən Müharibəsi qazisi hərbi həkim mayor Hamlet Hüseynov, direktor Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, pedaqoji kollektivdən  Mehriban Musayeva, İlhamə Qələndərova, Aysel Əhmədova, Nəzamət Rəsulova, Səyalə Şirvanova, Gülsarə Yusifova, Hamlet Hüseynovun anası Nazilə xanım və valideynlər  də iştirak etmişdilər. Qeyd edək ki, Hamlet həkimin anası Nazilə xanım məktəbin müəllimidir.  Gözəl müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Görüş zamanı igid qazimiz mayor Hamlet Hüseynov haqqında İctimai televiziyada yayınlanmış video müsahibə də nümayiş olunmuşdur.  Hərbi-həkimimiz çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını ətraflı cavablandırmışdır. Qeyd edək ki, mayor Hüseynov Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Daha sonra Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək  qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər. Sonda Gözəl müəllim və şagirdləri görüş iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik gününü təbrik etmişlər.  Məktəbin musiqi müəllimi Mehriban Musayeva Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi marş ifa etmiş və görüş yekunlaşmışdır.

Ətraflı

Vətən müharibəsinin qazisi Ümidlə şanlı qələbəmizAzərbaycan Respublikasının Təhsil Nazirliyinin  "Azərbaycan  xalqinin  tarixi  qələbəsinin  tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən  məktəbin müəllimləri Gülər Babayeva, Nəzamət Rəsulovanın təşkilatçılığı və 5 “C” sinif şagirdlərinin iştirakı ilə "Ümidlə şanlı qələbəmiz!" mövzusuna həsr olunmuş  virtual toplantı təşkil edilmişdir.  Görüşdə  qonaq qismində məktəbin məzunu olmuş, Vətən Müharibəsi qazisi  əsgər Ümid Kərimli, direktor Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, pedaqoji kollektivdən  Mehriban Musayeva, İlhamə Qələndərova, Elmira Məmmədova, Şiringül Ağamalıyeva, Surə Əliyeva, Şəhla Qarayeva və  Şəhla Müzəffərova da iştirak etmişdilər.  Gülər müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Görüş zamanı igid qazimiz Ümid Kərimli  çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını cavablandırmışdır. Qeyd edək ki, əsgər Kərimli Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Daha sonra Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək  qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər. Görüş məktəbin musiqi müəllimi Mehriban Musayevanın Nəriman  Həsənzadənin sözlərinə bəstələdiyi marş ilə bitmişdir.

Ətraflı

Ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı virtual tədbirTədbirlər Planına uyğun olaraq  müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir. Məktəbin müəllimləri İlhamə Qələndərova və Nəzamət Rəsulovanın təşkilatçılığı, şagirdlərin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş virtual tədbir hazırlanıb. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir.

Ətraflı

Minlərlə əsiri qurtaran, düşmənə divan tutan hərbçimizƏhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənlimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır. Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir. Məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı, İlhamə Qələndərovanın köməkliyi və Gözəl Məmmədovanın rəhbəri olduğu 8 “E” sinif şagirdlərinin iştirakı ilə Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş virtual təbbir keçirildi.

Ətraflı

Xocali faciəsinə həsr edilmiş tədbir  26 fevralda Xocalı faciəsi ilə bağlı məktəbin rus bölməsinin ibtidai sinif müəllimləri Ramilə Əsgərova, Sevinc Məmmədovanın rəhbəri olduqları 3 “A” və 3 “K” sinif şagiedlərinin iştirakı ilə sanifdaxili tədbir keçirildi. Xocalı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi. Daha sonra şagirdlərin Xocalıya aid hazırladıqları kompozisiyalar, tamaşalar, şeirlər səsləndirildi.

Ətraflı

“Xocalı soyqırımı - qan yaddaşımızın fəryadı” adlı əbədi-bədii kompozisiya26 fevral 2020-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın rəhbərliyi,  4 “Ç” sinif şagirdlərinin iştirakı ilə sinifdaxili  “Xocalı soyqırımı-qan yaddaşımızın fəryadı” adlı əbədi-bədii kompozisiya keçirilmişdir. Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr baş vermişdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. 28 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə əl atmış erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər. Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi şagirdlərin şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.   Sonra Xocalı faciəsi barədə ətraflı məlumat verildi.  Xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyindən, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarından danışıldı, şeyirlər, bayatılar səsləndirildi, səhnəciklər göstərildi.

Ətraflı

“Xocalıda can qaldı” adlı tədbirFevralın 26-da məktəbin ibtidai sinif müəllimi Rahilə Aslanovanın rəhbəri olduğu 3 “E” sinif şagirdlərinin iştirakı ilə  “Xocalıda can qaldı” adlı tədbir keçirildi. Tədbir Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuşdu. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yasəmən Bağırova, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. Rahilə müəllim çıxış edərək Xocalı soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu bildirdi. Qeyd etdi ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq. Sonra şagirdlərinin ifasında Xocaliya aid hazırladıqları kompazisiyalar, tamaşalar, şeirlər səsləndirildi. Tədbir qonaqlarda yüksək təəsürrat yaratdı. Sonda Nizami müəllim və Yasəmən xanım çıxış edərək tədbirin təşkilinə və keçirilməsinə görə Rahilə müəllimə və şagirdlərə öz təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Bu istiqamətdə çox uğurlu təbliğat aparılır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Ətraflı

“Doğma dilim, ana dilim” adlı tədbir“Beynəlxalq  Ana Dili Günü” münasibətilə məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanova rəhbəri olduğu 4 “Ç” sinif şagirdlərinin iştiraki ilə sinifdaxili “Doğma dilim, ana dilim” adlı tədbir keçirdi. Qətibə müəllim ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi. Tədbir ümummilli liderimiz H.Əliyevin öz səsi ilə Azərbaycan dili haqqında söylədiyi kəlamlarla davam etdi. Daha sonra şagirdlərin söylədikləri şeirlər və oxuduqları "Şirin dil", "Ana dilimizi sevək sevdirək", "Ana yurdum Azərbaycan " mahnisı xüsusi şirinlik qatdı.

Ətraflı

“...Ana vətənimin anası dilim” adlı musiqili ədəbi-bədii kompozisiya21 fevral 2020-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın  təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Nəzamət Rəsulova, Elnurə Nuhbalayevanın köməkliyi və 5, 6, 7, 8-ci sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “...Ana vətənimin anası dilim” adlı musiqili ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, Yeganə Sadiqova, Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sevil Əliyeva və əməkdaşları, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Tədbirdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səslənmiş, mahnılar oxunmuş, milli geyimdə olan şagirdlər isə şifahi xalq ədəbiyyatının nümunələrindən olan bayatılar, atalar sözləri, laylalar söyləmiş, ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Həsənoğlu, M.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, X.Natəvan, M.Ə.Sabir, C.Cabbarlı, M.Şəhriyar, S.Vurğun, H.Cavid, C.Məmmədquluzadə, B.Vahabzadənin və X.R.Ulutürk kimi dahi şairlərin ana dili haqqında şeirlərini məktəblilər xüsusi həvəslə söyləmişlər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirdə həmçinin Ana dilinə həsr olunmuş slayd nümayiş olunmuşdur. Tədbirdə çıxış edən Z.Əhmədova bütün tədbir iştirakçılarını, eləcə də qonaqları, müəllim kollektivini, valideynləri və şagirdləri salamladı. Bildirdi ki, artıq məktəbimizdə hər il Ana dili gününü qeyd etmək bir ənənə halını almışdır. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. Dilin dövlət dili statusuna yüksəlməsi dövlət qurmaq və qorumaq, eyni zamanda dilin zənginliyinin sübutudur. Doğma ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının borcudur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Tədbiri təşkil etdiyi üçün əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Nizami rayon MKS-nin direktoru S.Əliyeva çıxış edərək qeyd etdi ki, dil hər bir millətin, xalqın varlığı deməkdir. Hər bir dilin özəlliyi, özünəməxsus gözəlliyi var. Doğma Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir. Sevil xanım dil bayramı münasibətilə məktəb kollektivini təbrik etdi, silsilə olaraq bele tədbirlərin davam etdirilməsini tövsiyə etdi. Tədbir  “Dilimiz varlığımızdır” adlı kitab sərgisinə baxışla sona çatdı.

Ətraflı

"Qanlı Yanvar qan yaddaşımız" adlı tədbir17 yanvarda məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Ramilə Əsgərovanın rəhbərliyilə 3 “A” sinif şagirdlərinin təqdimatında "Qanlı Yanvar qan yaddaşımız" adlı ədəbi-bədii kompazisiyası keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə və direktor müavini Yasəmən Bağırova işrirak etdilər. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisiyada Qanlı Yanvarın dəhşətləri, sovet qoşunlarının dinc sakinlərə qarşı edilən amansız vəhşiliklərindən, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar təsfir olundu. Şagirdlər 1990-cı il yanvarın 20-də şəhid olmuş insanlara həsr edilmiş şeirlər və bayatılar səsləndirdilər. Tədbirdə 20 Yanvar faciəsinin tarixi barədə məlumat verən Ramilə müəllim çıxış edərək diqqətə çatdırdı ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirməkdir. Tədbirdə  şagirdlərin  20 Yanvar qurbanların xatirəsinə ehtiramlarını bildirən divar qəzetləri və çəkilən rəsmləri sərgiləndi.

Ətraflı

"Kiçik akademiya"nin illik hesabatıMəktəbdə rəhbərliyin və müəllimlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagird nailiyyətlərini artırmaqdan ibarətdir. Bu səbəbdən də məktəbdə mütəmadi olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın da əsas məqsədi sagirdlərin dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir. Dekabrın 25-də "Kiçik Akademiya" nın bir illik görülmüş işlər barədə hesabat tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini və eyni zamanda “Kiçik Akademiya”nın prezidenti Zahidə Əhmədova, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, biologiya, tarix fənləri üzrə metodbirləşmə sədrləri, elmi rəhbərlər iştirak etdilər. Şagirdlər seçdikləri mövzular üzrə hazırladıqları hesabat işlərini təqdim etdilər. Sonda “Kiçik Akademiya”nın seçilən üzvlərinə diplomlar təqdim edildi.

Ətraflı

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə siğar iki cahan” adlı tədbir"Kiçik Akademiya"nın VII-X sinif şagirdlərinin iştirakı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə siğar iki cahan...” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, müəllimlər və şagirdlər iştirak ediblər. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamları iştirakçıların diqqətinə çatdırılıb, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə geniş məlumatlar verilib. İmadəddin Nəsiminin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışılıb. Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər. Şair Xanlar Həmidin Nəsimiye həsr etdiyi seirlər ifa olunub. Mehriban müəllimin yazdığı “Gənclə Nəsiminin dialoqu” ifa olunub. Həmçinin “Nəsimi” filmindən fraqmentlər təqdim olunub. Sonda məktəbin direktoru Nizami Qasımzadə şairin Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqedən, Nəsimi irsinin milli-mənəvi dəyərlərindən, ədəbi irsinin tədqiqi sahəsində məktəbdə görülən işlərdən, tədbirlərdən ətraflı məlumat verib və tədbiril keçirilməsində əməyi olan hər kəsə təşəkkür bildirib.

Ətraflı

“Kiçik Akademiya”nın tarix fənni üzrə keçirilən seminarı“Kiçik Akademiya”nın üzvlərinin iştirakı ilə "Tariximiz-soykökümüz!" adlı seminarı keçirildi. Seminarda məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir Aərbaycanın Dövlət Himni ilə başladı. Şagirdlər "Biz-müasir Azərbaycan Respublikasında yaşayan, tarixin özü qədər qədim keçmişi olan Azərilərik, Soykökümüz Aralıq dənizindən Sakit okeana qədər geniş coğrafi məkanda yayılmış türk xalqlarından gəlir" sözləri ilə başladılar. Qədim Azərbaycan xalqının qəhrəman döyüşçüləri, filosofları, dövlət və elm xadimləri haqqında məlumat verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu vurğulamışlar. Bildirildi ki, cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Sonda Biz-Azərbaycanlılar öz qədim soykökümüzü tarixi mənbələrə istinad etməklə bütün dünyaya sübut etmişik. Dünyanın ən qədim xalqlarından olmaqla mədəniyyətimizi, elimizi, gücümüzü göstərmişik, göstərəcəyik də! "Biz fəxr edirik ki, Azərbaycanlıyıq!" sözləri ilə bitirdilər və Anayurt marşını afa etdilər.

Ətraflı

“Kiçik Akademiya”nın kimya fənni üzrə “kimya və həyat” mövzusunda keçirilən seminarı"Kiçik Akademiya"nın kimya fənni üzrə VII-VIII sinif üzvlərindən ibarət “Kimya və həyat” mövzusunda seminarı keçirilib. Seminarda məktəbin direktor müavini Rəhimə Hüseynova, Təlimə Dəstək Mərkəzinin əməkdaşı, pedaqoji heyyətdən Samirə Seyidova, İlhamə Qələndərova və 7, 8-ci sinif şagirdləri iştirak ediblər. Tədbir çərçivəsində şagirdlər kimya fənnindən praktik biliklərini və bacarıqlarını nümayiş etdiriblər, kimya elminin yaranması, ən mühüm kəşflər, dünya şöhrətli kimyaçılar barədə maraqlı məlumatlar səsləndirilib, kimyəvi elementlərə həsr edilmiş şeirlər söylənilib, məntiqi suallar verilib, videoçarx nümayiş etdirilib. Şagirdlərin təqdim etdikləri təcrübələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. "Fil dişi", "Fironun ilanları", "Vulkan", "Sirli məktub" təcrübələri nümayiş eydirilib, rəng dəyişməsi ilə gedən reaksiyalar göstərilib.

Ətraflı

“Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə III qrant müsabiqəsiMəktəbin direktor müavini Zahidə Əhmədova 20 sentyabr-20 dekabr 2019-cu il tarixində “Kiçik Akademiya rəhbərləri üçün təlimlər layihəsində müvəffəqiyyətlə iştirak etdiyi üçün sertifikatla təltif edilib.

Ətraflı

“Kiçik Akademiya” müsabiqəsiAzərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-436 nömrəli əmrinə əsasən şagirdlərdə tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiyalarda elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq 6 dekabrda məktəbin akt zalında 8-ci sinif şagirlərinin iştirakı ilə “Kiçik Akademiya” müsabiqəsi keçirildi və 8 “C” sinif şagirdi Aynur Əhmədovanın işi seçilərək rayon turuna vəsiqə qazandı. “Kiçik Akademiya” müsabiqə qalibinin seçilməsində məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, fənn müəllimləri iştirak etdilər.

Ətraflı

“Kiçik tədqiqatçılar” müsabiqəsiAzərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-436 nömrəli əmrinə əsasən İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiyalarda elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq 29 noyabrda məktəbin akt zalında IV sinif şagirlərinin iştirakı ilə “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirildi. “Kiçik tədqiqatçılar”ın seçilməsində məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yasəmən Bağırova, fənn müəllimləri iştirak etdilər.

Ətraflı

Kiçik akademiyanın möhürü və rozeti10 oktyabr 2019-cu il tarixində akademiyanın möhürü və rozeti yaradıldı.

Ətraflı

Kiçik akademiyanın loqosu10 oktyabr 2019-cu il tarixində akademiyanın loqosu yaradıldı.

Ətraflı

"Kiçik akademiya"nin yaranmasiAzərbaycan Respublikası Təhsil Nazirinin 21 yanvar 2018-ci il tarixli, 63 nömrəli əmrinə əsasən məktəbdə 21 may 2019-cu il tarixində “Kiçik Akademiya” yaradıldı. “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. “Kiçik Akademiya” çərçivəsində mütəmadi olaraq fənn olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi konfranslar, seminarlar və tədbirlərin keçirilməsi nəzərdə tutulur. “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlər, şagirdlərdə tədqiqatçılıq işlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. “Kiçik Akademiya”nın öz loqosu, möhürü və hər bir üzv üçün üzərində bu loqonun əksi olan rozetlər hazırlanmışdır. Eyni zamanda hər layihənin sonuda təqdim etmək üçün “Kiçik Akademiya”nın öz diplomları da vardır. “Kiçik Akademiya”nın prezidenti: məktəbin direktor müavini Zahidə Əhmədovadır. “Kiçik Akademiya”nın üzvləri, könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi tədqiqat işlərinə meyli olan (VIII-X sinif şagirdləri) 39 nəfərdən ibarətdir.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Validə Haqverdiyeva Şükran

Azad Bağırov Niyazi

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Validə Haqverdiyeva Şükran

Azad Bağırov Niyazi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi