Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş dərslər

Martın 1-də məktəbdə Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş dərslər keçirildi. Dərslərdə məktəbin direktor müavini Zahidə Əhmədova və hərbi rəhbər İmran Yolçuyev də iştirak etdilər. Dərslərin keçirilməsində əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Şagirdlərə mülki müdafiə gününə həsr olunmuş dərslərdə zəlzələlər, torpaq sürüşmələri, qaz partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda qısa məlumat verildi. Sözügedən hadisələr zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən istifadə etməyin zəruriliyini diqqətə çatdırıldı. Tibbi yardım göstərilməsi, yanğın zamanı yanğınsöndürmə manqasının üzvlərinin yanğının söndürülməsi, əleyhqaz və sairə vasitələrdən istifadə olunması qaydalarını əks etdirən video və slaydlar göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi