31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa”

Məktəbin tarix müəllimi Təranə Məmmədovanın təqdimatında  7 “Ç” sinfində  31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 1918-ci ildə ermənilər tərəfindən törədilmiş müsəlman qırğınlarının mahiyyəti, miqyası və nəticələrindən bəhs edən “Yalan haqqında həqiqət” sənədli filmi nümayiş olunub. “Dəyirmi masa”da Təranə müəllim erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də, eləcə də digər dövrlərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. Təranə müəllim qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. O, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə siyasi-hüquqi qiymət verildiyini söyləyib. Daha sonra şagirdlərin məruzələri dinlənilib. “Dəyirmi masa”da Nizami müəllim və digər çıxış edənlər ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıblar, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi