"Azərbaycanın qan yaddaşı-Xocalı qətliyamı" adlı tədbir

25 fevral 2022-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı, Mehriban Yusifovanın köməkliyi və 8 "B" sinif şagirdlərinin iştirakı ilə foyyedə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Azərbaycanın qan yaddaşı-Xocalı qətliyamı” adlı  tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Mehriban müəllim tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi