Novruz bayramına həsr olunmuş tədbir

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır. Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliminə həsr olunur. 15 mart 2022-ci il tarixində ibtidai sinif müəllimi Sevil Rəfiyevanın rəhbərliyi ilə 2 “B” sinfində sinifdaxili Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə də iştirak edib. Baharın gəlişini həvəslə gözləyən şagirdlər bayram əhval-ruhiyyəsini özlərində əks etdirdilər. Novruza aid şeirlər, cərşənbələr haqqında melumatlar verildi, Novruz adətlərini səhnələsdirərək canlandlran şagirdlər milli rəqs ve mahni ifası ilə tədbirə rəngarənglik qatdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi