HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ildən fəaliyyətə başlayıb.Məktəb birnövbəli və beşgünlük iş həftəsi ilə çalışır. 2008-ci ildə I-IV siniflər üçün əlavə üçmərtəbəli tədris korpusu istifadəyə verilib. Bu korpusda 656 şagird və 195 nəfər beşyaşlı uşaqlar üçün hazırlıq qrupları fəaliyyət göstərir. Sözügedən korpusda 35 sinif otağı var.

2014-cü ildə məktəbin əsas korpusu dövlət proqramı əsasında tam əsaslı təmir olunub və yüksək səviyyədə məktəb kollektivinin ixtiyarına verilib. Əsas korpusda V-XI sinif şagirdləri təhsil alır. 871 şagird 42 sinifdə komplektləşdirilib.Təmirdən sonra məktəbdə müasir avadanlıqlarla təmin olunan kimya, fizika, biologiya laboratoriyaları, hərbi, musiqi, 6 rəqəmsal bacarıqlar otaqları, akt zalı, lazımi avadanlıqlarla təchiz olunan idman zalı, kitabxana, oxu zalı, yeməkxana, tibb məntəqəsi şagirdlərin ixtiyarına verilib.16 otaqda elektron lövhələr, həmçinin beş ədəd Promethean Aktivİnspare ağıllı lövhə də quraşdırılıb.Məktəbin həyətyanı sahəsində yerləşən böyük idman meydançası  şagirdlərin ixtiyarındadır.

1722 şagirdin təlim-tərbiyəsi ilə ümumilikdə 214 nəfər müəllim məşğul olur. Məktəb rus dilinin intensiv tədris olunduğu təhsil ocağı kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəb 2010-2011-ci tədris ilində "İlin ən yaxşı məktəbi" müsabiqəsində iştirak edib və "İlin ən yaxşı məktəbi" adına layiq görülüb. Məktəbin riyaziyyat müəllimi Almaz Hacıyeva Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi "Döş Nişanı" ilə təltif olunub. Məktəbdə müxtəlif illərdə "İlin ən yaxşı müəllimi" adını alan müəllimlər çalışır.

Şagirdlər idman sahəsində istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda yüksək nailiyyələr əldə ediblər. Məktəbdə tarixi günlər, milli bayramlar, əlamətdar hadisələrin təntənəli şəkildə qeyd olunması artıq ənənə halını alıb.Məktəb fəaliyyətdə olduğu müddət ərzində çoxlu sayda uğurlar qazanıb. Ötən müddət ərzində 6 nəfər qızıl medala, 11 nəfər isə gümüş medala layiq görülüb. Məzunları arasında xarici ölkələrdə təhsil alan, 600-700 arası bal toplayan və Prezident Təqaüdünə layiq görülənlər də var. Son 2 ildə məktəbdə 64% abituriyent tələbə adına layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi