FƏXRİMİZ

Сəlilov Etibar Zirəddin oğlu

 (1971-1992 )

 

1971-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Nizami rayonu 272 nömrəli orta məktəbdə oxuyub. Oxuduğu müddət ərzində özünü çalışqan, bacarıqlı şagird kimi göstərib. Müəllim və şagird kollektivinin hörmətini qazanıb.

O,1992-ci ildə hərbi xidmətə çağırılıb. İyun ayının 9-da döyüş bölgəsinə yola düşən Etibar hər bir əməliyyatda ləyaqətlə, qorxmadan iştirak edib. Hərbi hissədə qulluq edərkən döyüşçü yoldaşlarının və zabit heyətinin etimadını qazanıb.

1992–ci il oktyabrın 18-də Etibar Qubadlı rayonunun Başarat kəndi uğrunda gedən döyüşlərin birində qəhrəmancasına şəhid olub.

1992–ci il oktyabr ayının 20-də Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

1994–cü ildən Bakı şəhər Nizami rayonu 272 nömrəli tam orta məktəb Etibar Cəlilovun adını daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi