"4 gündən 44 günə" adlı dəyirmi masa

Məktəbin fəaliyyət planına uyğun olaraq tarix müəllimi Aysel Əhmədovanın  təşkilatçılığı, 4 “Ə”, 6 “D” və 8 “Ə” sinif şagitdlərinin iştirakı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunan “4 gündən 44 günə” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Rəhimə Hüseynova, Yeganə Sadiqova, fənn müəllimləri və şagirdlər iştirak ediblər. Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də  aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib. Qeyd edilib ki, Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük qayıdış" prosesinə start verilməsi olub. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Bunun nəticəsində xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 gün ərzində azad edərək şanlı qələbəmizin qazanılmasına nail olub. Tədbirdə Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx da nümayiş etdirilib. Tədbir Azərbaycan dövlətinin və Ordusunun gücünü düşmənə göstərərək böyük zəfərin başlanğıcı kimi tarixə düşmüş Aprel döyüşləri qəhrəmanlarını xatırlamaq, gənclərin tarixi zəfərin başlanğıcı kimi yaddaşlarımızdan silinməyəcək önəmli hərbi tariximizi gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədilə həyata keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi