“Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi “ mövzusunda seminar

Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının rəhbəri Nəzamət Rəsulovanın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130-cu ildönümününə həsr olunan “Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi “ mövzusunda seminar keçirilib. Nəzamət müəllim çıxış edərək Əhməd Cavadı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri kimi xarakterizə edib. Bildirilib ki, Əhməd Cavad kimi ədiblərimiz hər zaman minnətdarlıqla xatırlanacaq. Daha sonra şagirdlərin istiqlal şairi Əhməd Cavadın həyatı, yaradıcılığı və fəaliyyəti, ana dilinə, üçrəngli bayrağa, milli orduya, milli ruha aid məruzələri, çıxışları dinlənilib və şeirlər səsləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi