"Təbiəti qoruyanlar" layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzləriinin iştirakı ilə biologiya müəllimi Hüsniyə Abbasovanın rəhbərliyi altında seminar keçirilib. Seminarda məktəb rəhbərliyi, "Kiçik Akademiya"nın prezidenti, müəllimlər və şagirdlər iştirak ediblər. Seminarı giriş sözü ilə Hüsniyə Abbasova açaraq şagirdlərə parklarda, dekorativ bağlarda ətraf mühitə, ağaclara, güllərə zərar vurmadan, ərazini çirkləndirmədən istirahət etmək, əylənmək və vaxt keçirməyin etik qaydalarını izah edib, onları təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər barədə maarifləndirib. Daha sonra  şagirdlərin təqdimatında araşdırma aparıb hazırladıqları məruzələr dinlənilib, mövzuya aid videolar və şagirdlərin hazırladıqları slaydlar nümaiş etdirilib. Sonda layihə iştirakçılarına "Kiçik Akademiya" prezidentinin təqdimatında təşəkkürnamələr təqdim edilib. Qeyd edək ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi