"Ana dilim, şirin dilim" adlı tədbir

 Məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın rəhbərliyi ilə 2 “Ç” sinfində 21 fevral-Beynəlxalq Ana Dili Günü münasibəti ilə "Ana dilim, şirin dilim" adlı sinifdaxili tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Tədbir çərçivəsində Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verilib, məktəblilərin ifasında Ana dilimizə həsr olunmuş şeir və mahnılar səslənib. Qətibə müəllim şagirdlərə  öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıb. Qeyd edib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi