Dəyirmi masa

Məktəbin tarix müəllimi Gözəl Məmmədovanın təşkilatçılığı ilə 6 “D” sinfində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şagidlər iştirak ediblər. İlk əvvəl Azərbaycanın dövlət himni səsləndirilib. Dəyirmi masada Xocalı faciəsi haqqında, ermənilərin törətdiyi vəhşiliklərdən danışılıb.  Gözəl müəllim çıxışında Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçılara çatdırıb. Şagirdlər Xocalı şəhəri haqqında ətraflı məlumat veriblər, şeirlər söyləyiblər. Daha sonra Nizami müəllim, Nazim müəllim, Səyalə müəllim də Xocalı Soyqırımı haqqında ürək ağrısı ilə danışıblar, şəhidlərə rəhmət, ailələrinə səbr arzulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi