Murad Məmmədovun anım günü ilə əlaqədar tədbir

25 sentyabr 2021-ci il tarixində Nizami rayon Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 272 nömrəli tam orta məktəbin məzunu olmuş şəhid Murad Məmmədovun yaşadığı binanın önündə şəhidin anım tədbiri keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, Nizami rayon icra hakimiyyətinin nümayəndəsi, hərbi birliyin komandanlığı, müharibə veteranları, şəhidin ailə üzvləri, məzun olduğu məktəbin müəllim və şagird kollektivi, sinif, iş və əsgər yoldaşları iştirak etdilər.    Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Çıxışlardan sonra Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması naminə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında igidlik göstərmiş Murad Məmmədovun xatirəsinə həsr olunmuş abidənin açılışı oldu. Abidənin qarşısına əklillər və gül dəstələri düzüldü. Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin hazırladıqları şeir parçaları səsləndirildi. “Şəhidlər ölməz, Vətən bölünməz”. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi