“Şəhidlər ölməz, Vətən bölünməz!” adlı layihə

Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.                                 Şəhidlik Vətən sevgisindən doğur... Şəhidlər ölmür... Şəhidlərin igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanələşir, zaman-zaman yaşadılır, anılır... Şəhidlərin canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır. 27 sentyabr 2021-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı, müəllim və şagirdlərin iştirakı ilə anım günü ilə əlaqədar olaraq “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı layihə həyata keçirildi.  Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi. Emin Əhmədovun ifasında ilk dəfə olaraq sözləri Əbdül Noçuyevə, musiqisi məktəbin musiqi müəllimi Mehriban Mysayevaya aid olan  “Qartal döyüşü” adlı marşı səsləndirildi. Məktəbin məzunları olmuş, 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş qazi əsgərlərimiz qonaq qismində çıxış etdilər. Sonra məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək qeyd etdi ki, bu gün anım mərasiminə toplaşmışıq. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev "Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!" vətənpərvərlik tərbiyəsi hər bir zaman üçün vacib amildir. Belə tədbirlər gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıyır. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Etibar kimi, Murad kimi, İlqar kimi, Mübariz kimi..." Sonda müəllim və şagirdlər bir neçə istiqamətdə şəhidlərin yaşadığı binanın önündə yaradılmış xatirə abidələrinin önünə gül dəstələrinin qoyulması və şəhidlərin anılması üçün yürüş etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi