“Kiçik Akademiya”nın ədəbiyyat fənni üzrə keçirilən seminarı

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş seminarı keçirilib. Seminarda məktəb rəhbərliyi və fənn müəllimləri iştirak ediblər. Şagirdlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında apardıqları araşdırmalarını mühazirə şəklində təqdim ediblər. Daha sonra Nizami Gəncəvinin rübailəri, müdrik sözləri şagirdlər tərəfindən səsləndirilib. Nizami Gəncəvinin məşhur əsərlərindən şeir parçaları səsləndirilib və səhnəciklər göstərilib. Sonda məktəbin müəllimləri Nəzamət Rəsulova, Elnurə Nuhbalayeva, İlhamə Qələndərova və şagirdlər “Kiçik Akademiya”nın prezidenti Zahidə Əhmədova tərəfindən diplomla təltif olunublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi