Piriyev Raul Zabid oğlunun ailəsi ilə görüş

26 oktyabr 2021-ci il tarixində məktəbin tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı və 8 “C” sinif şagirdlərinin iştirakı ilə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Piriyev Raul Zabid oğlunun ailəsi ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Nizami Qasımzadə, tərbiyə işləri üzrə direktor müavini Yeganə Sadiqova, müəllimlər, şagirdlər və şəhidin ailə üzvləri də iştirak ediblər. İlk öncə Azərbaycanın dövlət himni səssləndirilib. Sonra şagirdlərin çıxışları dinlənilib. Şəhid Raul Piriyevə həsr olunmuş videoçarx nümayiş olunub. Qeyd edək ki, Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulan R.Piriyev Murovdağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Daha sonra Yeganə müəllim, Gözəl müəllim, Nurlana və Aysel müəllimə də çıxış ediblər. Şəhid Raul Piriyev haqqında fikirlərini bildiriblər. 8 “C” sinfi adından şəhid Raul Piriyevin ailəsinə “Xarı bülbül” sertifikatı təqdim edilib. Sonda Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Raul Piriyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Nizami Qasımzadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Şəhid Raul Piriyev ürəklərdə yaşayacaq... Allah rəhmət eləsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi