“Heydər babanın nəvələriyik!” adlı dəyirmi masa

9 may 2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın təqdimatında 1 “Ç” sinif şagirdlərinin iştirakı ilə  Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə “Heydər babanın nəvələriyik!” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada məktəbin müəllimləri İlhamə Qələndərova və Nəzamət Rəsulova də iştirak etmişdir. Dəyirmi masanı giriş sözü ilə Qətibə müəllim açdı. Sonra Azərbaycan dövlət himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin həyatı, iqtisadi siyasəti, ordu quruculuğu, daxili siyasəti və gənclər siyasəti haqqında ətraflı məlumat verdi. Daha sonra söz şagirdlərə verildi, unudulmaz lider haqqında şeirlər və mahnılar səsləndirildi, videoçarx nümayiş olundu. İlhamə müəllim çıxış edərək  bildirdi ki, belə tədbirlərin keçirilməsi şagirdlərin məlumatlanmasında və vətənpərvərlik hissinin möhkəmlənməsində önəmli rol oynayır. Qətibə müəllimə və şagirdlərə bu tədbiri hazırladıqları üçün  öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi