Vətənin igid oğulları adlı virtual toplantı

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  "Azərbaycan  xalqinin  tarixi  qələbəsinin  tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən  məktəbin tarix müəllimi Gözəl Məmmədovanın təçkilatçılığı və rəhbəri olduğu  8 “E” sinif şagirdlərinin iştirakı ilə “Vətənin igid oğulları” adlı  virtual toplantı təşkil edilmişdir.  Görüşdə  qonaq qismində Vətən Müharibəsi qazisi hərbi həkim mayor Hamlet Hüseynov, direktor Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, pedaqoji kollektivdən  Mehriban Musayeva, İlhamə Qələndərova, Aysel Əhmədova, Nəzamət Rəsulova, Səyalə Şirvanova, Gülsarə Yusifova, Hamlet Hüseynovun anası Nazilə xanım və valideynlər  də iştirak etmişdilər. Qeyd edək ki, Hamlet həkimin anası Nazilə xanım məktəbin müəllimidir.  Gözəl müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Görüş zamanı igid qazimiz mayor Hamlet Hüseynov haqqında İctimai televiziyada yayınlanmış video müsahibə də nümayiş olunmuşdur.  Hərbi-həkimimiz çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını ətraflı cavablandırmışdır. Qeyd edək ki, mayor Hüseynov Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Daha sonra Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək  qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər. Sonda Gözəl müəllim və şagirdləri görüş iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik gününü təbrik etmişlər.  Məktəbin musiqi müəllimi Mehriban Musayeva Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi marş ifa etmiş və görüş yekunlaşmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi