Vətən müharibəsinin qazisi Ümidlə şanlı qələbəmiz

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  "Azərbaycan  xalqinin  tarixi  qələbəsinin  tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən  məktəbin müəllimləri Gülər Babayeva, Nəzamət Rəsulovanın təşkilatçılığı və 5 “C” sinif şagirdlərinin iştirakı ilə "Ümidlə şanlı qələbəmiz!" mövzusuna həsr olunmuş  virtual toplantı təşkil edilmişdir.  Görüşdə  qonaq qismində məktəbin məzunu olmuş, Vətən Müharibəsi qazisi  əsgər Ümid Kərimli, direktor Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, pedaqoji kollektivdən  Mehriban Musayeva, İlhamə Qələndərova, Elmira Məmmədova, Şiringül Ağamalıyeva, Surə Əliyeva, Şəhla Qarayeva və  Şəhla Müzəffərova da iştirak etmişdilər.  Gülər müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Görüş zamanı igid qazimiz Ümid Kərimli  çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını cavablandırmışdır. Qeyd edək ki, əsgər Kərimli Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Daha sonra Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək  qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər. Görüş məktəbin musiqi müəllimi Mehriban Musayevanın Nəriman  Həsənzadənin sözlərinə bəstələdiyi marş ilə bitmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi