Vətənin igid oğulları” adlı virtual toplantı

 17 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən məktəbin tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı və 7 “Ə” sinif şagirdlərinin iştirakı ilə Artilleriya mütəxəssisi – şəhid polkovnik İlqar Mirzəyevə həsr edilən “Vətənin igid oğulları” adlı  virtual toplantı təşkil edilmişdir. Görüşdə qonaq qismində Vətən Müharibəsinin şəhidi polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, direktor Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova,  pedaqoji kollektivdən Nazim Heydərov, İlhamə Qələndərova, Nəzamət Rəsulova, 213 nömrəli məktəb-liseyin direktoru Səbinə Əliyeva, Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Mehriban Haqverdiyeva, Aygül Qurbanova da iştirak etmişdilər. Aysel müəllim görüşü açaraq toplantı iştirakçılarını salamlamış, şəhid haqqında görüş iştirakçılarına məlumat vermiş və daha sonra sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək şəhid haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Qonaq çıxış edərək atasının döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını ətraflı cavablandırmışdır. Daha sonra Nizami müəllim, Zahidə müəllim, Nazim müəllim, Səbinə müəllim, Elmira müəllim və Aygün xanım çıxış edərək şəhidin döyüşlərdə göstərdiyi qəhrəmanlığı haqqında danışmışlar, Elvin bəyə tədbirə qoşulduğu üçün öz təşəkkürlərini bildirmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi