"Kiçik akademiya"nin illik hesabatı

Məktəbdə rəhbərliyin və müəllimlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagird nailiyyətlərini artırmaqdan ibarətdir. Bu səbəbdən də məktəbdə mütəmadi olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın da əsas məqsədi sagirdlərin dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir. Dekabrın 25-də "Kiçik Akademiya" nın bir illik görülmüş işlər barədə hesabat tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini və eyni zamanda “Kiçik Akademiya”nın prezidenti Zahidə Əhmədova, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, biologiya, tarix fənləri üzrə metodbirləşmə sədrləri, elmi rəhbərlər iştirak etdilər. Şagirdlər seçdikləri mövzular üzrə hazırladıqları hesabat işlərini təqdim etdilər. Sonda “Kiçik Akademiya”nın seçilən üzvlərinə diplomlar təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi