Mayor Heydər Adıgözəlovla görüş

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan xalqinin tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən məktəbin kimya müəllimi Təranə Soltanovanın təşkilatçılığı və rəhbəri olduğu 8 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Vətənin igid oğulları” adlı virtual toplantı təşkil edilmişdir. Görüşdə qonaq qismində Vətən Müharibəsi qazisi mayor Heydər Adıgözəlov, direktor Nizami Qasımzadə, pedaqoji kollektivdən Mehriban Musayeva, İlhamə Qələndərova, Nəzamət Rəsulova da iştirak etmişdilər. Təranə müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, qonaq salamlamış, onun haqqında görüş iştirakçılarına məlumar vermiş və daha sonra sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Qonaq çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, şagirdlərin suallarını ətraflı cavablandırmışdır. Daha sonra Nizami müəllim və Mehriban müəllim çıxış edərək qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu, mayor Adıgözəlov Heydər Sabir oğlu “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Bu münasibətilə qəhrəman zabitimizi təbrik edir, ona gələcək xidmətlərindı uğurlar arzulayırıq. Sonda Təranə müəllim və şagirdləri görüş iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik gününü təbrik etmişlər. Məktəbin musiqi müəllimi Mehriban Musayeva özünün yazdığı şeiri söyləmiş və görüş yekunlaşmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi