Anım tədbiri

28 oktyabr 2021-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Əliyevanın təşkilatçılığı, tarix müəllimi Təranə Məmmədovanın köməkliyi ilə 6 “B” sinfində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhid olan leytenant Vəli Quliyevə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, müəllimlər, şagirdlər və şəhidin ailə üzvləri də iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Sonra şagirdlərin təqdimatında şəhid haqqında məlumat dinlənilib, şeirlər səsləndirilib və videoçarx nümayiş olunub. Sonda Nizami müəllim çıxış edərək adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi