"Ulu öndərin yolu ilə!" adlı tədbir

7 may 2021-ci il tarixində məktəbin tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı, Elnurə Nuhbalayevanın köməkliyi və 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə  Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş  “Ulu öndərin yolu ilə!” adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, müəllimlər və şagirdlər iştirak etmişdir. Tədbiri Aysel müəllim açaraq Heydər Əliyev irsinin bütün sahələri əhatə etdiyini və onun öyrənilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlər Ulu öndərin həyatı və fəaliyyəti  haqqında məlumatlar verib, şeirlər söyləyiblər, şagirdlərin iştirakı ilə hazırlanan videoçarx nümayiş etdirilib. Nizami müəllim çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qorunub-saxlanılmasında onun misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimizin ilk illərində ölkəmizi yaranmış bütün bəlalardan xilas etdi. Nizami müəllim daha sonra bildirib ki, Ümummilli Liderin fəaliyyəti Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış bir Azərbaycan Dövlətinin yaranmasına gətirib çıxarıb. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarının təbliği istiqamətində apardığı uzaqgörən siyasəti bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Sonda Nizami müəllim tədbir iştirakçılarına təşəkkürünü bildirib. Təranə müəllim çıxış edərək dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan da söz açıb. Müasir Azərbaycanın bütün nailiyyətlərinin məhz Heydər Əliyev kimi milli dəyərlərə bağlı, fenomenal dövlət xadiminin adı ilə bağlı olduğunu qeyd edən Təranə müəllim Ulu Öndərin dövlətçilik təcrübəsinin və siyasi irsinin əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin bütün sahələrdə mühüm inkişafa nail olduğunu, beynəlxalq aləmdə böyük nüfuz qazandığını qeyd edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi