“Xocalıda can qaldı” adlı tədbir

Fevralın 26-da məktəbin ibtidai sinif müəllimi Rahilə Aslanovanın rəhbəri olduğu 3 “E” sinif şagirdlərinin iştirakı ilə  “Xocalıda can qaldı” adlı tədbir keçirildi. Tədbir Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuşdu. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yasəmən Bağırova, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. Rahilə müəllim çıxış edərək Xocalı soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu bildirdi. Qeyd etdi ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq. Sonra şagirdlərinin ifasında Xocaliya aid hazırladıqları kompazisiyalar, tamaşalar, şeirlər səsləndirildi. Tədbir qonaqlarda yüksək təəsürrat yaratdı. Sonda Nizami müəllim və Yasəmən xanım çıxış edərək tədbirin təşkilinə və keçirilməsinə görə Rahilə müəllimə və şagirdlərə öz təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Bu istiqamətdə çox uğurlu təbliğat aparılır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi