“Kitab sehrli bir dünyadır” adlı layihə

Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. F.Bekon Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir, doğmasıdır. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun kitabıdır. Məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşəbbüsü ilə “Hərəyə bir kitab” adlı  layihə həyata keçirib. Layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaqdır. Bu aksiyaya qoşulmaqla gənclərimiz seçilmiş kitabları mütaliə edəcək və kitabları bitirdikdən sonra oxuduqlarını geniş auditoriyaya təqdim edəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi