Zəfər Gününə həsr olunan dəyirmi masa

Otuz ilə yaxın bir müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupu həll edə bilmədi. Dünya birliyi təcavüzkarı işğal etdiyi ərazilərdən çıxmağa vadar edə bilmədi. Bu münaqişəni Azərbaycan Ordusu döyüşlə həll etdi. Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Xalq ordusuna inanırdı... Xalq sərkərdəsinə güvənirdi... Xalq inanırdı ki, dünyanın ən güclü orduları sırasında olan ordumuz Ali Baş Komandanın döyüş əmriylə işğalı sonlandıracaq. Məktəbin ingilis dili müıllimi Günay Abdullayevanın təşkilatçılığı və 8 “C” sinif şagirdləri ilə XTQ -nin əsgəri Raul Piriyevin əziz xatirəsinə və Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib. Yığıncaqda məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər ingilis dilində Raul Piriyev haqqında məlumatlar veriblər, şeirlər səsləndiriblər, şəhid haqqında videoçarx nümaiş olunub. Sonda Nizami müəllim və şəhidin anası Nəcibə Piriyeva çıxış ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi