Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir

Dekabrın 29-da məktəbin musiqi müəllimi Mehriban Musayevanın  təşkilatçılığı və şagirdlərin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni ilə həsr olunmuş ilin yekununa dair tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova, Mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları, Zəngilan rayon musiqi məktəbinin rəhbərliyi və əməkdaşları, müəllimlər, valideyinlər və şagirdlər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının dövlət himninin şagirdlərin ifası ilə başlayıb. V-XI sinif şagirdlərinin hazırladıqları maraqlı səhnələr, ifa etdikləri rəqslər, şən mahnılar tədbirin rəngarəngliyini daha da artırıb. Sonda məktəbin direktoru N. Qasımzadə çıxış edərək bu bayramın dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən təntənəli və yüksək səviyyədə qeyd olunduğunu söyləyib. bildirib ki, qədim tarixə malik olan Azərbaycan türkləri milli ənənələrə, mədəniyyətə, tarixi köklərə bağlı, uzun illərdən bəri qoruyub saxlamış olduğu bu bayramı ən xoş amallar və duyğularla keçirir. Bu bayramın ildən-ilə daha geniş vüsət alaraq, ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, inkişaf hissləri bəsləyən hər bir soydaşımız tərəfindən keçirildiyini qeyd edib. Nizami müəllim tədbir iştirakçılarını, xalqımızı milli mənlik və milli-mənəvi dəyərlər vasitəsilə birləşməyə yönəldən 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı münasibətilə təbrik edib, tədbirin təşkilinə və keçirilməsinə görə Mehriban müəllimə təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi