“Xocalı soyqırımı - qan yaddaşımızın fəryadı” adlı əbədi-bədii kompozisiya

26 fevral 2020-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın rəhbərliyi,  4 “Ç” sinif şagirdlərinin iştirakı ilə sinifdaxili  “Xocalı soyqırımı-qan yaddaşımızın fəryadı” adlı əbədi-bədii kompozisiya keçirilmişdir. Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr baş vermişdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. 28 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə əl atmış erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər. Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi şagirdlərin şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.   Sonra Xocalı faciəsi barədə ətraflı məlumat verildi.  Xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyindən, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarından danışıldı, şeyirlər, bayatılar səsləndirildi, səhnəciklər göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi