Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə siğar iki cahan” adlı tədbir

"Kiçik Akademiya"nın VII-X sinif şagirdlərinin iştirakı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə siğar iki cahan...” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, müəllimlər və şagirdlər iştirak ediblər. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamları iştirakçıların diqqətinə çatdırılıb, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə geniş məlumatlar verilib. İmadəddin Nəsiminin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışılıb. Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər. Şair Xanlar Həmidin Nəsimiye həsr etdiyi seirlər ifa olunub. Mehriban müəllimin yazdığı “Gənclə Nəsiminin dialoqu” ifa olunub. Həmçinin “Nəsimi” filmindən fraqmentlər təqdim olunub. Sonda məktəbin direktoru Nizami Qasımzadə şairin Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqedən, Nəsimi irsinin milli-mənəvi dəyərlərindən, ədəbi irsinin tədqiqi sahəsində məktəbdə görülən işlərdən, tədbirlərdən ətraflı məlumat verib və tədbiril keçirilməsində əməyi olan hər kəsə təşəkkür bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi