"Tarix yazan döyüşçülər!" adlı tədbir

Məktəbin ibtidai sinif müəllimi Sevil Rəfiyevanın rəhbərliy ilə 2 “B” sinfində 8 noyabr-Zəfər Günü ilə əlaqədar olaraq “Tarix yazan döyüşçülər!” adlı sinifdaxili tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Yasəmən Bağırova, Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə həmçinin qonaq qismində 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan qazi və cəsur döyüşçülər iştirak etdilər. Tədbiri Sevil müəllim açaraq qonaqları salamladı və Azərbaycanın dövlət himni səsləndirildi. Sonra söz şagirdlərə verildi. Vətənə aid şeirlər və mahnılar səsləndirildi. 44 günlük Vətən müharibəsi haqqında, qazi və cəsur döyüşçülərə həsr olunan videoçarx nümaiş etdirildi. Daha sonra məktəbin direktoru Nizami müəllim çıxış edərək qonaqları salamladı, onların qismində bu Zəfər Gününü bizə yaşatdıran əsgərlərimizə təşəkkürünü bildirdi. Qonaqlar çıxış etdilər və şagirdlərin suallarını cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi