Cəsur döyüşçülərlə görüş

Məktəbin ibtidai sinif müəllimi Qətibə Süleymanovanın rəhbərliy ilə  2 “Ç” sinfində 8 noyabr-Zəfər Günü ilə əlaqədar olaraq “Zəfər çalan cəsur döyüşçülər!” adlı görüş keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Yasəmən Bağırova, Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə həmçinin qonaq qismində 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan qazi və cəsur döyüşçülər iştirak etdilər. Tədbiri Qətibə müəllim açaraq qonaqları salamladı və Azərbaycanın dövlət himni səsləndirildi. Qətibə müəllim Zəfər Günü haqqında məlumat verdi. Sonra söz şagirdlərə verildi. Vətənə aid şeirlər və mahnılar səsləndirildi, kompozisiyalar göstərildi. 44 günlük Vətən müharibəsi zamanı cəsur döyüşçü adını almış Ceyhun Mirzəyevə həsr olunan videoçarx nümaiş etdirildi. Daha sonra məktəbin direktoru Nizami müəllim çıxış edərək qonaqları salamladı, onların qismində bu Zəfər Gününü bizə yaşatdıran əsgərlərimizə təşəkkürünü bildirdi. Qonaqlar çıxış etdilər və şagirdlərin suallarını cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi