Şəhid Tural Şıxızadənin anım günü

Məktəbin kimya müəllimi Təranə Soltanovanın təqdimatında rəhbəri olduğu 9 “Ç” sinif şagirdlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Tural Şıxızadənin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, şəhidin anası Könül Şəxıyeva və xalası iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Təranə müəllim bildirdi ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Təranə müəllim vurğuladı ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır. Daha sonra şagirdlər Tural Şıxızadı haqqında informasiya veriblər, şəhidlərə aid şeirlər səsləndiriblər. Qeyd edək ki, Tural Şıxızadə 2002-ci il mayın 30-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub.Tural Şıxızadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tural Şıxızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Şıxızadə oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Sonda şəhid Tural Şıxızadənin anası Könül xanım çıxış edərək məktəb rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olanlara ailəsi adından öz təşəkkürünü bildirib. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi