"Zəfər günü" adlı tədbir

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - “Zəfər Günü”nün qeyd edilməsi münasibətilə 5 “B” sinfi Aybəniz Babaşovanın təqdimatında tədbir keçirib. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib, daha sonra Aybəniz müəllim çıxış edib və qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Sonra şagirdlərin ifasında seirlər, mahnılar səsləndirilib, səhnəciklər göstərilib. Məktəbin direktoru Nizami müəllim çıxış edərək əməyi keçən tədbir iştirakçılarına təşəkkürünü bildirib və xatirə şəkilləri çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi