Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Hikmət dənizinə doğan günəş” adlı onlayn tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilib. Məktəbin təsdiq olunmuş tədbirlər planına əsasən ibtidai sinif müəllimi Qətibə Süleymanovanın təşkilatçılığı və 1 “Ç” sinif şagirdlərinin iştitakı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş Microsoft Teams proqramı vasitəsilə ”Hikmət dənizinə doğan günəş” adlı onlayn ədəbi-bədii tədbir təşkil edilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yasəmən Bağırova, müəllimlər, valideyinlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Qətibə müəllim açaraq tədbir iştirakçılarını salamlayıb, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissəsidir. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. İlk öncə Azərbaycan dövlət himni səsləndirilib və daha sonra çıxış üçün söz birincilərə verilib. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar, dahi mütəfəkkirin kəlamlarını səsləndirib, əsərlərindən səhnəcik göstərib, şeirlər və rəqslər edib tədbir iştirakçılarına təqdim olunub. Şagirdlərin çıxışlardan sonra söz məktəbin rəhbərliyinə verilib. Nizami müəllim və Yasəmən müəllim çıxış edərək bildiriblər ki, dünya ədəbiyyatinin görkəmli nümayəndəsi, dahi şairi - Nizami Gəncəvi hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımız kimi, məktəbin pedaqoji heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Bildirmişdilər ki, əsasən XII əsrdə yaşayıb-yaratmış böyük Nizami nəinki özündən sonrakı sələfləri üçün zəngin ədəbi irs, həmçinin elmin müxtəlif sahələrini əhatə edən külli miqdarda tədqiqat materialı qoyub getmişdir. Sonda tədbirin təşkilində və keçirilməsində əməyi olan hər bir kəsə təşəkkürlərini bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi