"Tarix yazan imza" adlı onlayn tədbir

8 may 2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Sevil Rəfiyevanın təqdimatında 1 “B” sinif  şagirdlərilə birgə Ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunan "Tarix yazan imza!" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, director müavinləri Zahidə Əhmədova və Yeganə Sadiqova da iştirak etdilər. Tədbiri öz çıxışı ilə açan Sevil Rəfiyeva bildirdi ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində xalqa arxalanmış, ən çətin anlarında ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz xatirəsi Azərbaycan xalqının qəlbində ədəbi yaşayacaqdır. Daha sonra şagirdlərə  söz verildi, Ümummilli lider haqqında şeyirlər söylənildi, mahnı və videoçarxlar nümayiş olundu. Tədbirin sonunda Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək bildiriblər ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmışdır. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsi əsasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq ölkəmizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürmüşdür. Ümummilli lider Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir. Tədbiri hazırladıqları üçün Sevil müəllimə və şagirdlərə təşəkkürlərini bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi