"Kiçik Akademiya" nın bir illik görülmüş işləri barədə hesabatı

Məktəbdə rəhbərliyin və müəllimlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagird nailiyyətlərini artırmaqdan ibarətdir. Bu səbəbdən də məktəbdə mütəmadi olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın da əsas məqsədi sagirdlərin dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir. Virtual məktəb platforması üzərindən dekabrın 30-da "Kiçik Akademiya" nın bir illik görülmüş işləri barədə hesabatı keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini və eyni zamanda “Kiçik Akademiya”nın prezidenti Zahidə Əhmədova, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, biologiya, tarix fənləri üzrə metodbirləşmə sədrləri, elmi rəhbərlər iştirak etdilər. Şagirdlər seçdikləri mövzular üzrə hazırladıqları hesabat işlərini təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi