“Şərq poyeziyasının "Xəmsə" zirvəsi” adlı tədbir

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hicran Nəsibovanın təşkilatçılığı və 7 “Ə” sinif şagirdlərinin iştiraki ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Şərq poyeziyasının "Xəmsə" zirvəsi” adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Tədbiri Hicran müəllimə açaraq bildirib ki, dahi şair ve mütəffəkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq 2021-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan edilib. Nizami Gəncəvi  haqqında qısaca məlumat verib. Qeyd edib ki, Nizami Gəncəvi Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan ölməz sənətkardır. Böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami öz əsərləri ilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmış, bədii yaradıcılığa əsirlər boyu məhəbbətlə özlənilən bu gündə həyati əhəmiyyətini itirməyən ənənələr gətirmişdir. Tədbirdə şagirdlər tərəfinfən Azərbaycan ədəbiyyatının dahi söz ustası Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verilib, kəlamları səsləndirilib, əsərlərindən parçalar söylənilib, video nümayiş olunub. Sonda məktəbin direktoru Nizami müəllim çıxış edib. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Dahi şairimizin parlaq irsinin təkcə Şərq mədəniyyətində deyil, bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb. Onun əsərlərində həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimizə işarələr var. Tədbiri hazırladıqları üçün Hicran müəllimə və şagirdlərə öz təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi