"Xocalıya qayıdış!" adlı onlayn tədbir

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar məktəbdə keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 26-da tarix müəllimi Aysel Əhmədovanın təşkilatçılığı, Azəbaycan dili və ədəbiyyatı müəllimi Elnurə Nuhbalayevanın köməkliyi və 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə "Xocalıya qayıdış!" adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova, Xocalı sakini Türkan Quliyeva, Aygül Qurbanova, müəllimlər və şagirdlər iştirak ediblər. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir. Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyan, 29 il keçməsinə baxmayaraq ağrı acısı ilə hələ də qəlbimizdə yaşayan Xocalı soyqırımını şagirdlərə bir daha çatdırmaqdır.  Tədbiri giriş sözü ilə başlayan tarix müəllimi Aysel Əhmədova Xocalıda törədilən soyqırımın acı nəticələrindən danışıb. Bildrib ki, Xocalıda törədilən bu qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizim aktıdır.  Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. 7-ci sinif şagirdləri soyqırım haqqında məlumatlar verib, şeir və bayatılar səsləndiriblər. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisiyada müharibənin dəhşətləri, ermənilər tərəfindən dinc sakinlərə qarşı edilən amansız vəhşiliklər, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar təsvir olunub. Tədbirdə qonaq qismində iştirak edən T.Quliyeva, A.Qurbanova, Y.Sadiqova çıxış edərək, ermənilər tərəfindən tarix boyu xalqımızın başına gətirilən müsibətləri qeyd ediblər, azərbaycanlıların öz əzəli torpaqlarından zorla köçürüldüyünü vurğulayıblar. Xocalı faciəsi zamanı çoxlu sayda  günahsız insanın şəhid olduğunu, əsir və itkin düşdüyünü bildiriblər. Bu gün dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bu qanlı faciəni rəsmi olaraq tanıyır. Xocalı faciəsi qurbanlarının əziz xatirəsinın xalqımız tərəfindən hər zaman uca tutulduğunu qeyd edərək, ölkə rəhbərliyinin şəhid ailələrinə, Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğını vurğulayıblar. Sonda məktəbin direktoru çıxış edərək diqqətə çatdırıb ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Nizami müəllim qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirməkdir. Xocalı bizə tarixi bir dərs verdi. Allah Xocalı şəhidlərinə rəhmət eləsi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi