“Kiçik Akademiya”nın tarix fənni üzrə keçirilən seminarı

“Kiçik Akademiya”nın üzvlərinin iştirakı ilə "Tariximiz-soykökümüz!" adlı seminarı keçirildi. Seminarda məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir Aərbaycanın Dövlət Himni ilə başladı. Şagirdlər "Biz-müasir Azərbaycan Respublikasında yaşayan, tarixin özü qədər qədim keçmişi olan Azərilərik, Soykökümüz Aralıq dənizindən Sakit okeana qədər geniş coğrafi məkanda yayılmış türk xalqlarından gəlir" sözləri ilə başladılar. Qədim Azərbaycan xalqının qəhrəman döyüşçüləri, filosofları, dövlət və elm xadimləri haqqında məlumat verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu vurğulamışlar. Bildirildi ki, cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Sonda Biz-Azərbaycanlılar öz qədim soykökümüzü tarixi mənbələrə istinad etməklə bütün dünyaya sübut etmişik. Dünyanın ən qədim xalqlarından olmaqla mədəniyyətimizi, elimizi, gücümüzü göstərmişik, göstərəcəyik də! "Biz fəxr edirik ki, Azərbaycanlıyıq!" sözləri ilə bitirdilər və Anayurt marşını afa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi