“Kiçik Akademiya”nın kimya fənni üzrə “kimya və həyat” mövzusunda keçirilən seminarı

"Kiçik Akademiya"nın kimya fənni üzrə VII-VIII sinif üzvlərindən ibarət “Kimya və həyat” mövzusunda seminarı keçirilib. Seminarda məktəbin direktor müavini Rəhimə Hüseynova, Təlimə Dəstək Mərkəzinin əməkdaşı, pedaqoji heyyətdən Samirə Seyidova, İlhamə Qələndərova və 7, 8-ci sinif şagirdləri iştirak ediblər. Tədbir çərçivəsində şagirdlər kimya fənnindən praktik biliklərini və bacarıqlarını nümayiş etdiriblər, kimya elminin yaranması, ən mühüm kəşflər, dünya şöhrətli kimyaçılar barədə maraqlı məlumatlar səsləndirilib, kimyəvi elementlərə həsr edilmiş şeirlər söylənilib, məntiqi suallar verilib, videoçarx nümayiş etdirilib. Şagirdlərin təqdim etdikləri təcrübələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. "Fil dişi", "Fironun ilanları", "Vulkan", "Sirli məktub" təcrübələri nümayiş eydirilib, rəng dəyişməsi ilə gedən reaksiyalar göstərilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi