“Şəhidlər ölməz, Vətən bölünməz!” adlı virtual tədbir

24 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən məktəbin müəllimləri İlhamə Qələndərovanın, Nəzamət Rəsulovanın təşkilatçılığı, Elnurə Nuhbalayevanın köməkliyi və 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində şəhid olan məzunumuz Murad Məmmədovun əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı  virtual tədbir təşkil edilmişdir. Görüşdə qonaq qismində Vətən Müharibəsinin şəhidi Murad Məmmədovun anası Şərqiyyə xanım, qardaşı Vətən müharibəsi iştirakçısı Kamal, direktor Nizami Qasımzadə, direktor müavinləri Rəhimə Hüseynova, Yeganə Sadiqova, psixoloq Ruhiyyə Kərimova, pedaqoji kollektivdən Rəna Qaralova, Cəmilə Abışova, Sevil Rəfiyeva, Mehriban Musayeva, Muradın ibtidai sinif müəllimi Fidan Dadaşova da iştirak etmişdilər. İlhamə müəllim görüşü açaraq toplantı iştirakçılarını salamlamış, ilk öncə dövlət himni səsləndirilmiş, sonra şəhidlər 1 dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlər çıxış edərək şəhid haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Tədbir böyunca Murad haqqında müxtəlif videoçarxlar göstərilmişdir. Daha sonra Nizami müəllim, Fidan müəllim, Rəna müəllim, Cəmilə müəllim çıxış edərək şəhidin məktəb dövründəki xatirələrindən danışmışlar. Nizami müəllim pedaqoji şura iclasının qərarına əsasən Muradın sinif rəhbəri olmuş Rəna Qaralovanın indiki rəhbəri olduğu 5 “A” sinfinə şəhidin adının verilməsini bildirmişdir. AzTV-nin əməkdaşı əməkdar jurnalist Firuzə Nadirin şəhid anaları haqqında hazırladığı videosüjet nümayiş etdirilmişdir. Sonda şəhidin anası Şərqiyyə xanım çıxış edərək tədbiri hazırladıqları üçün məktəb rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi