Böyük Vətən müharibəsində Şanlı Qələbəmiz

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  "Azərbaycan  xalqinin  tarixi  qələbəsinin  tədrisdə əks etdirilməsi haqqinda" fəaliyyət planına əsasən  məktəbin riyaziyyat müəllimi Nurlanə Abdullayevanın təşkilatçılığı, 7 “C” sinif şagirdlərinin iştirakı ilə "Böyük Vətən müharibəsində  Şanlı Qələbəmiz!" mövzusuna həsr olunmuş  virtual toplantı təşkil edilmişdir.  Görüşdə  qonaq qismində məktəbin məzunu olmuş, Vətən Müharibəsi qazisi  kapitan Asim  Quliyev, direktor Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Sadiqova, pedaqoji kollektivdən  Mehriban Musayeva, Nəzamət Rəsulova, İlhamə Qələndərova, Aysel Əhmədova, Hüsniyə Abbasova iştirak etmişdilər.  Nurlanə müəllim görüşü açaraq toplantı iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik edərək, sözü şagirdlərə ötürmüşdü. Şagirdlər çıxış edərək toplantının qonağı haqqında məlumat vermişlər, seirlər söyləmişlər. Görüş zamanı igid qazimiz kapitan Quliyev çıxış edərək döyüş xatirələrindən bəhs etmiş, 44 günlük müharibə haqqında məlumatlar vermiş, göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmişdir. Sonra şagirdlərin suallarını cavablandırmışdır. Qeyd edək ki, kapitan Quliyev Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Daha sonra Nizami müəllim, Zahidə və Yeganə müəllim çıxış edərək  qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürlərini bildirmişdilər, onun qayğıları ilə maraqlanıb, tezliklə sağalması və öz təcrübəsini gələcək nəsillərə öyrətməsini arzulamışdılar. Görüş məktəbin musiqi müəllimi Mehriban Musayevanın bəstələdiyi marş ilə bitmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi