“Öncə Vətən” adlı layihə ilə bağlı görüş

Məktəbin akt zalında Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşları Səriyyə Cəfərova və Leyla Əlizadənin iştirakı ilə “Öncə Vətən” adlı layihəsi ilə bağlı görüş keçirilib. Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Layihə rəhbəri Leyla xanım Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və layihənin əsas məqsədi haqqında danışıb. Vətən üçün kiçik də olsa addım atmağın hər bir Azərbaycanlının borcu olunduğunu bildirib. Daha sonra görüş diskussiya və marifləndirmə formasında davam etdirilib. Məktəblilərə bu gün özləri üçün atacaqları hər bir düzgün addımda dövlətin onlara dəstək olacağı bildirilib. Gələcəklərini Vətənə və millətə faydalı şəkildə qurmaları söylənilib. Məktəbin tarix müəllim Gözəl Məmmədova və 9 “E” sinif şagirdi Günel Əzimova da çıxış ediblər. Görüşün məqsədi vətənpərvərlik hissinin aşılanması, Azərbaycançılığın təbliğidir. Sonda uşaqların sualları cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi