"Ayrılmadı könül candan" adlı tədbir

Məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan "Ayrılmadı könül candan!" adlı  tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər, şəhid ailələri, qazi və məktəbin məzunları olmuş cəsur döyüşçülər iştirak ediblər. İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, həmçinin Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yığıncağı Mehriban müəllim açaraq 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.  Mehriban müəllim çıxış edərək bildirib ki, Prezident Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan ordusu 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşistlərinin tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi.  Xalqımız millətimiz dəmir yumruq kimi birləşərək Prezidentimizə, ordumuza dəstək oldu. Azərbaycan xalqının gücü qüdrəti bütün dünyaya bəyan olundu. Ən əsası alnımızdan məğlub xalq ləkəsi silindi, qürurumuz iftixarımız bərpa edildi. İndi işğaldan azad olunmuş ərazilərimizdə sürətlə yenidənqurma bərpa işləri aparılr. Cənab Prezidentin bəyan etdiyi kimi işğaldan azad etdiyimiz ərazilər tez bir zamanda cənnətə çevriləcək, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq. Daha sonra şagirdlər çıxış ediblər. Vətənə aid şeirlər, mahnılar səsləndirilib, kompozisiyalar göstərilib. Sonda məktəbin direktoru Nizami müəllim çıxış edərək, qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günündən danışıb. O, xalqımızın birliyi, bərabərliyi sayəsində işğala məruz qalmış ərazilərdə milli-mənəvi dəyərlərimizin dirçəldiyini, məhv edilən mədəniyyət abidələrinin yenidən bərpa olunduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda mübarizəsinin ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. O, Azərbaycan ordusunun zəfər yürüşündən, Qarabağın xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsindən danışıb. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi