“Şəhidlər ölməz” adlı anım tədbiri

Məktəbin tarix müəllimi Aysel Əhmədova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnurə Nuhbalayevanın təşkilatçılğı ilə 8 “Ç” sinfində şəhid baş leytenent Həmid Abbasbəylinin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, müəllimlər və şəhidin anası iştirak etmişlər. Tədbirdə şagirdlər şəhidin keçdiyi döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlar haqqında iştirakçılara geniş məlumat vermişlər. Şəhidin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliyi təcəssüm etdirən videoçarx nümayiş etdirilmişdir. Məktəbin direktoru Nizami müəllim çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır. Bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belədə olacaqdır. Tədbirin sonunda 8 “Ç” sinfinə şəhid baş leytenant Həmid Abbasbəylinin adını verildiyi bildirilmişdir, müəllim və şagird kollektivi şəhidin yaşadığı ünvanın önündə yaradılmış xatirə abidəsinin önünə ziyarətə getmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi