“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir

Fevralın 21-də məktəbin İbtidai sinif müəllimi Sevil Rəfiyevanın rəhbərliyi və 2 “B” sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq  Ana Dili Gününə həsr olunmuş “Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib. Tədbirdə Nəzamət Rəsulova və İlhamə Qələndərova da iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Sevil müəllim öz çıxışı zamanı Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib və Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin  xidmətlərini xüsusilə vurğulayıb. Daha sonra şagirdlərin ifasında ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söylənilib, video nümayiş etdirilib. Tədbirin keçirilməsində əsas məqsəd  Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi