“...Ana vətənimin anası dilim” adlı musiqili ədəbi-bədii kompozisiya

21 fevral 2020-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın  təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Nəzamət Rəsulova, Elnurə Nuhbalayevanın köməkliyi və 5, 6, 7, 8-ci sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “...Ana vətənimin anası dilim” adlı musiqili ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Zahidə Əhmədova, Yeganə Sadiqova, Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sevil Əliyeva və əməkdaşları, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Tədbirdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səslənmiş, mahnılar oxunmuş, milli geyimdə olan şagirdlər isə şifahi xalq ədəbiyyatının nümunələrindən olan bayatılar, atalar sözləri, laylalar söyləmiş, ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Həsənoğlu, M.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, X.Natəvan, M.Ə.Sabir, C.Cabbarlı, M.Şəhriyar, S.Vurğun, H.Cavid, C.Məmmədquluzadə, B.Vahabzadənin və X.R.Ulutürk kimi dahi şairlərin ana dili haqqında şeirlərini məktəblilər xüsusi həvəslə söyləmişlər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirdə həmçinin Ana dilinə həsr olunmuş slayd nümayiş olunmuşdur. Tədbirdə çıxış edən Z.Əhmədova bütün tədbir iştirakçılarını, eləcə də qonaqları, müəllim kollektivini, valideynləri və şagirdləri salamladı. Bildirdi ki, artıq məktəbimizdə hər il Ana dili gününü qeyd etmək bir ənənə halını almışdır. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. Dilin dövlət dili statusuna yüksəlməsi dövlət qurmaq və qorumaq, eyni zamanda dilin zənginliyinin sübutudur. Doğma ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının borcudur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Tədbiri təşkil etdiyi üçün əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Nizami rayon MKS-nin direktoru S.Əliyeva çıxış edərək qeyd etdi ki, dil hər bir millətin, xalqın varlığı deməkdir. Hər bir dilin özəlliyi, özünəməxsus gözəlliyi var. Doğma Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir. Sevil xanım dil bayramı münasibətilə məktəb kollektivini təbrik etdi, silsilə olaraq bele tədbirlərin davam etdirilməsini tövsiyə etdi. Tədbir  “Dilimiz varlığımızdır” adlı kitab sərgisinə baxışla sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi