Şəhid Muxtar Qasımlının əziz xatirəsinə həsr olunan tədbir

Məktəbin tarix müıllimi Aysel Əhmədovanın təşkilatçılığı, Günay Mustafayevanın köməkliyi və 7 “B” sinif şagirdlərinin iştirakı ilə Azerbaycan Çempionu şəhid Muxtar Qasımlının əziz xatirəsinə və Zəfər Gününə həsr olunan tədbir keçirilib. Yığıncaqda məktəbin direktoru Nizami Qasımzadə, direktor müavini Yeganə Sadiqova, müəllimlər və şəhidin ailə üzvləri, qazi və döyüşçülər iştirak ediblər. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər Muxtar Qasımlı haqqında məlumatlar veriblər, şeirlər səsləndiriblər, şəhid haqqında videoçarx nümaiş olunub. Sonda ikinci Qarabağ müharibəsində əldə olunan qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini Vətən müharibəsi ilə bağlı keçirilən tədbirlərin təqdirə layiq olduğunu deyən Nizami müəllim görüşdə iştirak edən şəhid ailəsinə, qazi və əsgərlərimizə təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi