“Əfsanəvi 13 döyüşçü” adlı açıq dərs

Məktəbin tarix müəllimi Aysel Əhmədovanın təqdimatında 8 “Ç” sinfində “Əfsanəvi 13 döyüşçü” adlı açıq dərs keçirildi. Açıq dərsdə məktəbin direktoru Nizami Qasımzadə, 8 “Ç” sinfinə adı verilən şəhid Həmid Abbasbəylinin anası, müəllimlərdən Nazim Heydərov, Elnurə Nuhbalayeva, Gözəl Məmmədova, Təranə Məmmədova, Səyalə Şirvanova da iştirak ediblər. İlk öncə 44 günlük haqq savaşında Vətəni canından daha üstün tutan igidlərdən olan XTQ əfsanə taborun 13 döyüşçüsu haqqında videoçarx nümayiş olundu və maraqla izlənilib. 44 gün davam edən Vətən müharibəsi xalqımıza otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Şanlı Zəfər qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazılmağı haqqında şagirdlərə məlumat verilib. Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salınıb. Dərs şagirdlər tərəfindən tam şəkildə mənimsənilib. Sonda “aşıq dərs” təhlil olunub. Fənn müəllimləri dərs barədə müsbət fikirlərini deməklə bərabər, tövsiyələrini də  bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi